Baş Energetik
Tələb edilən xüsusiyyətlər
Elektrik sahəsi üzrə smetaların yazılması və yoxlanmasını bacarmalı
Tikinti norma və qaydalarını ( СНИП ) , elektrik avadanlıqlarının quraşdırma qaydalarını (ПУЭ ) bilməlidir.
AutoCad proqramında işlənmiş layihələri oxumalı və həcmləri hesablamağı bacarmalı.
Hesabatların aparılması və təqdim edilməsi qaydalarını bilməlidir.
Elektrotexnikanın nəzəri əsaslarını bilməlidir.
Təşkilatçı, operativ olmalı
Ofis proqramlarında və AutoCad proqramında işləmə bacarığı olmalı
Ali təhsil (Energetika mühəndisi)
Bilməlidir:
Yuxarı təşkilatların qərar, sərəncam və əmrlərini, avadanlıqlar, bina və qurğular üzrə metodiki, normativ və digər rəhbər materialları;
Müəssisənin spesifik xüsusiyyətlərini, enerji təsərrüfatını, onun inkişaf perspektivlərini;
Nəzarət orqanlarının (Döv. Şəh. Texnəzarət, enerjinəzarəti) və yuxarı təşkilatların göstəricilərini;
Elektrik qurğularının və enerji avadanlıqlarının qurulması, istismarı qaydalarını;
Enerji avadanlıq və kommuniksiyaların istismarı üzrə müvafiq icra hakimiyyəti orqanlarının qərar, sərəncam, əmrlərini və digər istinad edilən, rəhbər tutulan metodiki, normativ sənədləri;
Enerji təsərrüfatının təşkilini, enerji avadanlığının texniki xarakteristikasını, konstruktiv üsusiyyətlərini, təyinatını, iş rejimini, onun texniki istismar qaydalarıı və təmirlərin aprarılma texnologiyasını;
İstehsalata enerji xidmət göstərmək sahəsində elmin nailiyyətərini və mütərəqqi təcrübələri, iqtisadiyyatın, istehsalatın təşkilinin, əməyin və idarəetmənin əsaslarını;
Əməyini mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını.
E-mail: [email protected]