Junior Lawyer

  • Ekvita
  • Elanın qoyulma tarixi: 07.02.2016
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Junior Lawyer

Job description:

Research and  preparation of legal opinions on legal and tax issues assigned by the Employer.
Translation of different documents of legal character, their legal analysis and research;
Participating in relevant meetings and gatherings and other important business meetings for the Employer, if necessary;
Submitting and obtaining documents and letters and conducting other similar works for the protection of Employer, its clients and employee`s interests in relevant offices, organizations, institutions and authorities when there is a direct instruction from Employer.
Conducting other related daily legal works defined or assigned by Employer.

Candidate requirements:

Higher Education (Law or International law)
Preference is given to the candidates with Master degree in USA or European Universities or Baku State Uuniversity Commercial Law or Maritime and Energy Law
Fluent Azeri,  Upper-intermediate – advanced Russian and English skills
Proffesional skills to work with Microsoft Office
Ability to work in team

Ability to independently organize and carry out tasks in a timely manner

About Us:

EKVITA is a full-service law firm providing legal and tax consultancy to both local and international clients.  Following a merger with the local tax consulting firm established in 1999, EKVITA now brings together more than 10 years of market knowledge and experience.
Our clients come from diverse market sectors, such as oil and gas, marine operations, banking and finance, IT and telecommunications, construction, manufacturing, electrical and mechanical works, consultancy, creative designs and promotional business.
Our lawyers have established themselves as reliable and skilled professionals with proven track record in the market. We pride ourselves for providing business oriented and sound legal advice.

Interested persons may send their CV (resume) to [email protected]. Only candidates who noted vacancy in Subject (Junior Lawyer) will be considered .

Kiçik Hüququşünas

İş barədə:

İşəgötürən tərəfindən tapşırılmış hüquqi və vergi məsələlərinin araşdırılması, onlara dair hüquqi rəyin tərtib olunması;
Hüquqi xarakterli müxtəlif sənədlərin tərcüməsi, onların hüquqi baxımdan təhlili və araşdırılması;
Zəruri hallarda müvafiq iclaslarda və görüşlərdə və İşəgötürən üçün əhəmiyyətli olan digər işgüzar görüşlərdə iştirak;
İşəgötürən tərəfindən birbaşa göstəriş olduqda müvafiq idarə, təşkilat, müəssisə və orqanlarda işəgötürənin, onun müştərilərinin və ya əməkdaşlarının maraqlarının müdafiəsi üçün sənədlərin, məktubların təqdim olunması, onların alınması və digər bu kimi işlərin görülməsi;
İşəgötürən tərəfindən gündəlik müəyyən edilmiş və ya tapşırılmış hüquqi xarakterli digər əlaqəli işlərin görülməsi.

Namizədə dair tələblər:

Ali təhsil (Hüquq və ya beynəlxalq hüquq)
ABŞ və ya Avropa universitetlərində magistr dərəcəsi və ya BDU Kommersiya Hüququ və ya Dəniz və Enerji Hüququ magistr dərəcəsi almış namizədlərə üstünlük verilir
Kommersiya hüququ sahəsində iş təcrübəsi olanlara üstünlük verilir
Azərbaycan dili mükəmməl, Rus və İngilis dili yaxşı səviyyədə bilmək (upper intermediate – advanced)
Microsoft Office proqramlarınında peşəkar işləmə bacarığı
Komandada işləmə bacarığı
Verilən tapşırıqları müstəqil koordinasiya etmə və vaxtında tamamlama bacarığı

Şirkət Haqqında:

EKVİTA hüquq və vergi sahəsində həm yerli həm də xarici müştərilərə bütün konsultasiya xidmətlərini göstərən bir şirkətdir. Vergi üzrə konsultasiya xidmətləri göstərən və 1999-cu ildə yaradılmış yerli şirkətlə birləşdikdən sonra EKVİTA özündə 10 ildən artıq təcrübəni birləşdirir. Bizim müştərilər iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərilər, belə ki, buraya neft və qaz, dəniz əməliyyatları, bank və maliyyə, İT və telekommunikasiya, tikinti, istehsalat, elektronika və mexanika, konsultasiya, yaradıcı dizayn və reklam sahələrini aid etmək olar. Bizim hüquqşünaslar öz sahələrində etibarlı və təcrübəli peşəkarlar kimi tanınmış və təsdiqlənmiş şəxslərdir. Biz fəxr edirik ki, müştərilərimizə biznes məqsədlərinə yönəlmiş keyfiyyətli xidmət göstəririk.

Maraqlananlar müraciət formalarını CV (resume)  [email protected]  ünvanına göndərə bilərlər.
Email göndərərkən Mövzu (Kiçik Hüquqşünas) qrafasında müraciət olunan vakansiyanı qeyd edən namizədlər nəzərə alınacaq.