IT Manager

İşin təsviri

Şirkət haqqında məlumat:

Novco Group of Companies” şirkəti Azərbaycanın brend bazarında liderlik edən  şirkətidir. Biz Bakı sakinlərinə dünya şöhrətli brendləri :
UNITED COLORS OF BENETTON, UNITED COLORS OF BENETTON 012, SISLEY, TOMMY HILFIGER, ADIDAS, ACCESSORISE, BEBE, COAST, LIU JO, NINE WEST, PABLOSKY, MONNALISA, və s. brendləri  təqdim edirik.

Vəzifə:  İT Menecer

Əsas vəzifə və funksiyaları:

1. Cəmiyyətin baş ofisində və struktur bölmələrində avtomatlaşdırılmış hesablama cihazlarının, kompüterlərin və digər elektron avadanlıqların quraşdırılmasını və yeni texnologiyaların tətbiqinin təşkilini həyata keçirir;
2. İnformasiya texnologiyalar üzrə proqram təminatlarının alınması, sifariş edilməsi və quraşdırılması, onların yenilənməsi və dəyişdirilməsini həyata keçirir;
3. Ofis  və struktur bölmələrində daxili mərkəzləşdirilmiş internet və şəbəkənin quraşdırılması, ofis cihazlarının (printer, skaner, surət çoxaldan, faks, telefon) quraşdırılmasını təşkil edir, təchizatçı şirkətlərlə müqavilələr bağlandıqda, şərtlərin müəyyən edilməsində iştirak edir, onların iş fəaliyyətinə nəzarət edir. Qüsurlar aşkar etdikdə aidiyyatı üzrə məlumat verir, aradan qaldırılmasını təşkil edir;
4. Ona həvalə edilmiş səlahiyyətlər çərçivəsində işlərin tam və vaxtında icra edir;

İş rejimi:  növbəli (8 saatlıq).
İş şəraiti və əmək haqqı:

1. Ofis daxili
2. Mybrands mağazlarında endirimli alış- veriş etmək üçün endirim kartı.
3. Əmək haqqı –yüksək (razılaşma yolu ilə)

Kandidat üçün tələb olunanlar:

• Yaş-27-45
• Serverin  idarə olunması
• TCP/IP, LAN, WAN, VPN  bilikləri
• Cinsiyyət- fərq etmir
• Dil bacarığı-  Azərbaycan dili (sərbəst) , İngilis dili (fluent), rus dili (sərbəst))
• Təcrübə- 3 ildən az olmayaraq
• Təhsil-  Ali (minimum bakalavr)

Maraqlananlardan xahiş olunur [email protected]  electron ünvanına öz CV lərinizi  göndərsinlər. Göndərilən CV lər mütləq şəkillə olmalıdır. Mövzu adı “İT menecer “  olmalıdır.

İşəgötürənin reytinqi

NOVCO Group of Companies tərəfindən digər vakansiyalar