Qaradağ rayonu üzrə sığorta nümayəndəsi

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 06.12.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla,

Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

İŞ PROFİLİ

Qaradağ rayonu üzrə sığorta nümayəndəsi

Əsas vəzifə öhdəlikləri

• Müştərilərə yerindəcə (ofisdə) sığorta məhsulları haqqında məlumat vermək
• Yerindəcə sığorta şəhadətnaməsi yazmaq

Namizədə tələblər

• Yaş: 20-30
• Cinsi: kişi
• Təhsil: orta texniki və ya ali
• İş təcrübəsi: fərq etməz
• Dil bilikləri: Azərbaycan (əla)
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı
• Təqdim etmə bacarığı
• İnandırmaq bacarığı

İş şərtləri

• İş yeri: Qaradağ rayonu (primorski)
• İş vaxtı: qrafiklə (ay ərzində 15 iş günü)
• Sabit əmək haqqı + bonuslar

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır)

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.