Ssenarist

İşin təsviri

İşəgötürən: Azərbaycan Beynəlxalq Film Studiyası

İşin adı: Ssenarist

Son müraciət tarixi: 15 noyabr 2015-ci il
 
İşin təsviri:

Maraqlı televiziya veriliş və ya proqramları hazırlamaq üçün  güclü hekayənin ərsəyə gətirilməsini, yazılmasını və bu prosesdə  prodakşn elementlərinin istifadəsinin mahiyyətini anlayan uyğun namizədlər axtarılır.

Tələb olunan keyfiyyətlər:

 Ssenarist və prodüser təcrübəsi MÜTLƏQ olmalıdır.

 Jurnalistika, film/video və ya buna bənzər sahədə ali təhsili olan şəxslərə üstünlük verilir.

 YAYIM üçün güclü şəkildə yazı, video montaj  və prodakşn bacarıqları.

 Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.

 “Non-Linear” montajda və ya  digər proqram təminatları  ilə yanaşı “Final Cut” və “After Effects” proqramları da daxil olmaqla Windows/Mac kompyuter sistemində 1 il iş təcrübəsi.

 Veb, sosial media  və onların kütləvi informasiya vasitələrində istifadəsi və məlumatların yayılması anlayışı.

İşin funksiyaları:

 Azərbaycanın əhalisi, tarixi və mədəniyyəti ilə bağlı bizim nöqteyi nəzərimizdən tamaşaçıları cəlb etmə gücünə malik hekayə mövzularının seçilməsi və onun əsasında ssenari yazılması.

 İşin tekniki icrası və qrafiki ilə bağlı bir komanda şəklində özündən yuxarı vəzifədə olan idarəedici  və digər həmkarları ilə əməkdaşlıq.

 Müxtəlif prodakşn  elementlərindən və texnikalarından istifadə edərək yazı və prodakşn işinin cəlbedici və templi bir şəkildə getməsinin təmin edilməsi.

 Hekayələrlə bağlı ideyalar verilməsi.

 Veb və sosial media da daxil olmaqla çoxsahəli platformalarda hekayələrin yazılması və yerləşdirilməsi.

 Axşam, həftə sonu, gecə yarısı və tətillər də daxil olmaqla bütün iş növbələrində işləyə bilmə bacarığı və istəyi.

 Yüksək jurnalistika etikasını  anlama və tətbiq etmə bacarığı.

MÜRACİƏT QAYDALARI

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV və video çarx/DVD-ni [email protected] elektron poçtuna göndərməlidir. Video çarx/ DVD əlavə olunmadan müraciətlərə baxılmayacaq. Elektron poçtu müraciətinizin mövzusu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur. Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.

Ərizələrin son qəbulu tarixi 15 noyabr 2015-ci ildir.