Baş Əməliyyat Meneceri

  • Molbulak BOKT
  • Elanın qoyulma tarixi: 13.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Mol Bulak” BOKT MMC Baş Əməliyyat Meneceri vəzifəsinə işçi qəbulu elan edir.

Azərbaycan üzrə 30-a yaxın filial şəbəkəsinə, habelə 24.000 artıq müştəriyə malik olan “Mol Bulak” BOKT MMC kiçik və orta sahibkarlığın inkişafına köməklik göstərir. “Mol Bulak” təşkilatı hazırda Baş Əməliyyat Meneceri vəzifəsinə işçi qəbulunu elan edir. Aktiv vakansiyalarla bağlı daha ətraflı məlumatı www.molbulak.az səhifəsindən əldə edə bilərsiniz.

İdarəetmə, maliyyə və nəzarət sahələrində əsas vəzifə və öhdəlikləri:

• Təşkiların strateji fəaliyyət istiqamətlərinin müəyyən edilməsi, hədəflərin təyin edilməsi və eyni zamanda metodoloji bazanın strateji və taktiki hədəflərə uyğunlaşdırılması prosesində yaxından iştirak etmək;
• Strateji hədəflərdən irəli gələrək filiallar üzrə kredit portfelinin aylıq və illik planlarını tərtib etmək və planların icrasına nəzarət etmək;
• Hədəflərə nail olmaq üçün kadr potensialını qiymətləndirmək, güclü və zəif tərəflərini müəyyən etmək, lazım olan istiqamətlərdə təlimləndirmək və inkişaf etdirmək;
• Yerli və Mərkəzi Kredit Komitələrinin fəaliyyətlərinin keyfiyyətinə nəzarət etmək;
• İqtisadi duruma uyğun optimal marketinq və PR metodlarının seçilməsini və tətbiq edilməsini təşkil etmək.

Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:

• İqtisadiyyat, maliyyə, biznes və ya idarəetmə sahəsində ali təhsil;
• Azərbaycan və rus dillərini mükəmməl bilmək (ingilis dilini bilmək əlavə üstünlükdür);
• Bank və/ya mikromaliyyə institutlarında yüksək idarəetmə vəzifələrində ən azı 2 illik iş təcrübəsi;
• Əla ünsiyyət bacarığı və şəxsiyyətlərarası ünsiyyət;
• Əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
• Gərgin iş rejimində və qarşıya qoyulmuş müddətdə işin təhvil verilməsində dəqiqlik və punktuallıq;
• Kompüterdən mükəmməl istifadə bacarıqları (xüsusilə MS Word, Excel, Power Point, Outlook, Internet);
• Marketinq, layihələrin idarəolunması və PR sahələri üzrə güclü praktiki biliklərə malik olmaq;
• Mükəmməl analitik (maliyyə təhlili üzrə), yüksək təşkilati və planlaşdırma qabiliyyəti, eyni vaxtda çoxsaylı məsələləri həll etmək, habelə təqdimat aparmaq bacarıqlar;
• Təlimlərin təşkili sahəsində təcrübə və bacarıqlar, müsbət ünsiyyət və təqdimat bacarıqları;
• Təşəbbüskarlıq və nəticə yönəmli fəaliyyət bacarığı.

Uğurlu namizədə təklif edirik:

• Rəqabət qabiliyyətli əmək haqqı;
• Gənc və peşəkar kollektivdə çalışmaq imkanları;
• İş məqsədləri üçün nəqliyyat və rabitə imkanları.

Tələblərə cavab verən namizədlər 14 noyabr, 2015-ci il tarixinədək [email protected] e-ünvanına Mol Bulakın anket formalarını (buradan yükləyə bilərsiniz http://www.molbulak.az/uploads/docs/MolBulak_Namiz%C9%99dinAnketFormas%C4%B1.doc) göndərməklə müraciət edə bilərlər. Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Baş Əməliyyat Meneceri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Qeyd: Əvvəlki iş yerlərindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, eyni zamanda dələduzluq, rüşvət, prosedur pozuntuları və sair neqativ səbəblər ilə işdən ayrılmış şəxslərdən iş üçün müraciət etməməkləri xahiş olunur.