Filial Müdiri (Bakı (Nəsimi) və Balakən)

  • Molbulak BOKT
  • Elanın qoyulma tarixi: 12.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Mol Bulak” BOKT MMC Bakı (Nəsimi) və Balakən filiallarına Müdir vəzifəsinə işçi qəbulu elan edir.

Azərbaycan üzrə 30-a yaxın filial şəbəkəsinə, habelə 24.000 artıq müştəriyə malik olan “Mol Bulak” BOKT MMC kiçik və orta sahibkarlarlığın inkişafına köməklik göstərir. “Mol Bulak” təşkilatı hazırda Nəsimi və Balakən filiallarına Müdir vəzifəsinə işçi qəbulunu elan edir. Aktiv vakansiyalarla bağlı daha ətraflı məlumatı www.molbulak.az səhifəsindən əldə edə bilərsiniz.

İdarəetmə, maliyyə və nəzarət sahələrində əsas vəzifə və öhdəlikləri:

• Filial işçilərin illik qiymətləndirmə prosesində iştirak etmək;
• Kredit komitələrinin təşkili, sədrlik  və nəzarəti;
• Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
• İşdən azad olunan əməkdaşların təhvil-təslim prosesinə rəhbərlik etmək; 
• Filial əməkdaşlarının ezamiyyət, məzuniyyət, işdən azad olunma ilə bağlı müraciətlərinə baxmaq və müvafiq ərizələri İnsan resursları şöbəsinə təqdim etmək.
• Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
• Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
• Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək, onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmak;
• Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasında və sağlamlaşdırılmasına nəzarət etmək;
• Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflər verilməsi;
• Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.

Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:

• Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / idarəetmə sahəsində təhsili olanlara üstünlük verilir);
• Maliyyə/Kredit sahəsində minimum 4 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 2 il iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl bilmək;
• Daxili motivasiya və prinsipiallıq;
• Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
• Rayonunun inzibati ərazi bölgüsünü yaxşı tanıması;
• Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
• Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.

Uğurlu namizədə təklif edirik:

• Rəqabət qabiliyyətli əmək haqqı (Balakən filialı üçün başqa bölgədən olan namizədlərin yaşayış xərcləri qarşılanır);
• Təşkilatın bonus sistemindən yararlanmaq imkanları;
• Təlim və karyera inkişafı imkanları (regional menecer vəzifəsinə yüksəlmək imkanaları);
• Gənc və peşəkar kollektivdə çalışmaq imkanları;
• İş məqsədləri üçün telefon kartı və danışıq limiti.

Tələblərə cavab verən namizədlər 13 noyabr, 2015-ci il tarixinədək [email protected] e-ünvanına Mol Bulakın anket formalarını (buradan yükləyə bilərsiniz http://www.molbulak.az/uploads/docs/MolBulak_Namiz%C9%99dinAnketFormas%C4%B1.doc) göndərməklə müraciət edə bilərlər.

Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Balakən (və ya Nəsimi) Filial Müdiri). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Qeyd: Əvvəlki iş yerlərindən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi, eyni zamanda dələduzluq, rüşvət, prosedur pozuntuları və sair neqativ səbəblər ilə işdən ayrılmış şəxslərdən iş üçün müraciət etməməkləri xahiş olunur.