Telemarketinq şöbəsinin mütəxəssisi

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 08.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla,

“Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

İŞ PROFİLİ

Telemarketinq şöbəsinin mütəxəssisi

Namizədə tələblər

• Yaş: 22-30
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali
• İş təcrübəsi: vacib deyil
• Dil bilikləri: Azərbaycan (əla), Rus (əla) mütləqdir
• Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi

Şəxsi keyfiyyətlər

• Ünsiyyət qurmaq bacarığı
• Yüksək nitq mədəniyyəti
• Yüksək təqdimat bacarığı
• Stressə davamlılıq və münaqişələri həll etmə bacarığı 

Əsas vəzifə öhdəlikləri

• Telefon vasitəsilə sığorta məhsullarının satışı
• On-layn alış və sorğuların cavablanması və monitorinqi
• Marketinq araşdırmaları məqsədilə zənglərin edilməsi

İş şərtləri

• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 10:00 - 18:00
• İş günü 6/1
• Sabit əmək haqqı + aylıq motivasiya

Maraqlananlar öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir ) və yaxud 012 (940) nömrəsinə zəng edə bilər

Yuxarıda qeyd olunanları nəzərə alaraq bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.