Linux/UNIX administrator

  • ATL Tech
  • Elanın qoyulma tarixi: 08.10.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ATL İnfoTech şirkəti (www.atltech.az) 2013-cü ildə təsis edilmişdir və informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. Gənc olmasına baxmayaraq, geniş işçi qüvvəsinə malik olan şirkətimizin əməkdaşları informasiya texnologiyaları, telekommunikasiya, bankçılıq və maliyyə, dövlət və özəl şirkətlər və s. kimi sahələrdə peşəkar iş təcrübəsinə malikdirlər. Fəaliyyəti boyunca şirkətimiz Cisco, Microsoft, Oracle, HP və s. kimi bir çox beynəlxalq təşkilatlarla əməkdaşlığın əsasını qoymuşdur.

Vəzifənin adı: Linux/UNIX administrator

Vəzifə öhdəlikləri:

UNİX və Linux əsasları mükəmməl bilməli. Oracle Linux və Oracle RAC qurulumda olan Linux-un tam tələblərini bilməli.
Cisco, Dell və HP data mərkəzlərində böyük praktikaya sahib olmalı və VmWare(Cluster) virtual mühitlə rahat işləməli. FC(FCoE) iscsi disklərlə və Multipath-la rahat işləməli. LVM, VG və pv ilə bol bilgilərə sahib olmalıdır.
IPFW, PF, IPtables firewall-larla, SNORT İPS/IDS-lə rahat işləməli və ümumiyyətlə sistem kerneli,servislər və şəbəkə resurslarına aid təhlükəsizlik quraşdırmalarına sahib olmalıdır.
Nagios, NetXMS və Zabbix monitoring stansiyaları ilə rahat işləmək bacarığına sahib olmalıdır(SNMP debugging-i rahat bacarmalıdır).
Tacacs,FreeRADİUS, Squid, nGinx, apache,redmine, Cloud, Tomcat, Postfix, Dovecot, OpenVPN(High level), DNS, MySQL, OpenSSL(CRL və OCSP responder tam aydın analamalı) Asterisk, FreeSWITCH-lə dərin praktikaya sahib və ümumiyyətlə istənilən OpenSource üzərində edilən tələblərin həll edilməsinə hazır olmalıdır. İstənilən UNİX və Linux tipli proqram təminatlarının Active Directory ilə inteqrasiyasinda LDAP(OpenLDAP bilikləri tələb edilir) strukturunu tam anlamalıdır.
BASH, AWK və SED-də script yazmaq bacarığına sahib olmalı və ən azı şəbəkəni CCNA səviyyəsində bilməlidir.          
                     
Tələblər:

Məsuliyyətli və diqqətli
Komanda ilə işləmək bacarığı

Tələb olunan təhsil və iş təcrübəsi:

Ali təhsil
Müvafiq sahədə ən azı 5 il təcrübəsi olan

İş qrafiki: Bazar ertəsi - Cümə, 9:00-dan 18:00-dək.

Əmək haqqı namizədin iş biliklərindən asılı olaraq bildiriləcək.

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş mail ünvanına “Linux/UNIX administrator” başlıqı altında göndərməyiiz xahiş olunur: [email protected]