Spa masajist

  • Hilton Baku
  • Elanın qoyulma tarixi: 12.08.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə : Spa masajist
Hilton Baku

Tabeçiliyi : Spa menecer
Hilton Baku

Əmək funksiyaları:

1. Əməkdaş aşağıdakı vəzifələrin yerinə yetirilməsi üçün cavabdehdir:

Keyfiyyət
Hər zaman müəlicə xidmətlərinin və icrasının yüksək standartlara müvafiq olmasını təmin etmək.

 Spa-da təklif edilən cari və gələcək xidmətlər haqqında tam məlumatlı olmaq və təkmilləşmə, genişlənmə və yeni xidmətlərin yaradılmasına dair təkliflər vermək.
 Hilton Kvinztaun Qrup Üzvlərinin Təlimatnaməsi haqqında tam anlayışa malik olmaq və hər zaman qayda və qanunlarına riayət etmək..

İnsanlar

 Hər zaman xoş və problemsiz iş mühiti yaratmağa çalışmaqla, eləcə də həm qonaqlara, həm də öz iş yoldaşlarına yardım etmək və onlara hörmət göstərməklə Spa şöbəsinə öz müsbət töhfəsini vermək.
 Telim ehtiyacları/tələbləri haqqında Spa Menecerinə məlumat vermək.
 Daha da inkiçaf etmək və ya öz vəzifənizə uyğun yeni biliklər əldə etmək üçün obyektiv yanaşma və imkandan istifadə etməklə təlim sessiyalarına getmək, təlimlərdə fəal iştirak etmək.
 Dəqiqlik, əla xarici görünüş və gigiyenanı təmin etmək.
 Qonaqlara yüksək səviyyədə xidmət göstərilməsinə diqqət yetirmək.
 Hər zaman qonaqların xoş və onların yadaşında qalacaq təcrübə əldə etmələrinə çalışmaq.
 Spa-da təklif edilən pullu xidmətlərin fərdiləşdirilməsi, keyfiyyəti, yaradıcı, çeşidli və dəyərli olması yolu ilə qonaqların məmnunluğunu daim artırmağa çalışmaq.
 Hər zaman nəzakətli, səmərəli və peşəkar xidmət təmin etmək.

Tələblər:

 Müvafiq sahədə keçirilmiş təlimlər (çin, tay masaj növləri haqqında məlumatlı olmalı)
 Ən azı Spa-da 5 illik iş təcrübəsi
 Stress altında işləmə bacarığı
 Müştərilərlə ünsiyyət qurma bacarığı
 Dəyişkən iş qrafikində işləmə qabiliyyəti
 Müsbət ünsiyyət və komandada işləmə bacarığı

Maraqlanan namizədlər www.hiltonworldwide.com/careers/ saytına daxil olaraq Spa Therapist vəzifə üçün müraciət edə bilərlər. və ya [email protected] unvanina müvafiq pozisiyani qeyd etməklə göndərə bilərsiniz.

Hilton Baku tərəfindən digər vakansiyalar