Keyfiyyət İdarəetmə Sistemi Üzrə Mütəxəssis (Salyan Şosesi)

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 03.08.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə adı: KEYFİYYƏT İDARƏETMƏ SİSTEMİ ÜZRƏ MÜTƏXƏSSİS

İş yeri: BAKI-SALYAN ŞOSESİ, 47-Cİ KM

Şirkət haqqında

“AAC” MMC - Müasir tikinti materialları zavodu məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur. Zavodun illik istehsal gücünü 180 min m3 məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Zavod Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. (Əlavə məlumat üçün: www.gobustone.az.)

"AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP" ASC-yə daxildir.

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

• Keyfiyyət idarəetmə sahəsində siyasətin hazırlanmasında iştirak edilməsi;
• Keyfiyyət idarəetmə sisteminin Cəmiyyətdə tətbiq olunmasının təmin edilməsi və mütəmadi olaraq monitorinqinin aparılması;
• Keyfiyyət idarəetmə sahəsində təşkilatın qarşısına qoyulan məqsədlərin həyata keçirilməsi;
• Keyfiyyət idarəetmə prosedura və proseslərinin tələb olunan səviyyədə hazırlanması, analiz edilməsi, təsdiqlənməsi, qeydiyyatının aparılması, yayımlanması və onların daima işlək vəziyyətdə qalmasına nəzarət olunması;
• Keyfiyyət idarəetmə sahəsində daxili auditlərin planlaşdırılması və keçirilməsi;
• Daxili keyfiyyət auditləri zamanı müəyyən olunan uyğunsuzluqların qeydə alınması, aradan qaldırılması üçün tədbirlər hazırlanması və tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;
• Keyfiyyət idarəetmə sisteminin normalarından kənara çıxmaların qarşısının alınması;
• Keyfiyyət idarəetmənin səmərəliliyinin artırılması və cəmiyyətdə fasiləsiz təkmilləşdirilməsinin təmin edilməsi;
• Cəmiyyətin işçilərinə keyfiyyət idarəetmə sistemi, onun prinsipləri, tələbləri haqqında məlumat verilməsi;
• Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

TƏLƏBLƏR:

• Ali təhsil;
• Keyfiyyət idarəetmə sahəsində azı 3 il stajı;
• İSO 9001:2008 Keyfiyyət İdarəetmə Sistemlərinin (KİS) Standartını bilmək;
• Kompüterlə işləmək bacarığı (Word, Excel, Power Point, Outlook);
• Azərbaycan, rus, ingilis dillərini bilmək;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
• Şifahi və yazılı ünsiyyət qurmaq bacarığı;
• Məsuliyyətlilik;
• Diqqətlilik;
• Analitik düşünmə;
• Analiz etmə qabiliyyəti;
• Əlaqələndirmə bacarığı

Maraqlanan namizədlər CV formalarını və gözlədiyi əmək haqqını mövzu hissəsində vəzifənin adını qeyd edərək [email protected] elektron ünvanına göndərə bilərlər.