SME kreditləri üzrə analitik (Bakı və Sumqayıt filialları)

  • DəmirBank ASC
  • Elanın qoyulma tarixi: 27.07.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“DəmirBank” ASC Bakı və Sumqayıt filialları üzrə “SME kreditləri üzrə analitik” vəzifəsinə (namizədin göstəricilərindən asılı olaraq daha yuksək vəzifə təklif oluna bilər) işə qəbul elan edir.

25 ildən artıq tarixə və zəngin təcrübəyə malik olan DəmirBank ölkədə aparıcı banklardan biri olmaqla Azərbaycanın əksər regionlarında öz müştərilərinə geniş çeşiddə bank xidmətləri göstərir və onların rifahı üçün çalışır. Bu məqsədləri həyata keçirmək yolunda yorulmadan səy göstərən 1000-dən artıq əməkdaşımız ilə fəxr edirik və Sizi də DəmirBank ailəsinə, onun mehriban kollektivinə və qaynar korporativ həyatına qoşulmağa dəvət edirik.

Vəzifə öhdəlikləri:

- Korporativ bankçılıq üzrə bankın yanaşmasını təbliğ etmək;
- Bankın kiçik, orta, iri kreditlərini və korporativ məhsullarını təbliğ etmək, banka müştəriləri cəlb etmək və bankı müştəri qarşısında təmsil etmək;
- Filialın kiçik, orta və iri kreditlərinin, portfelinin, planının icrasını və korporativ məhsullarının çarpaz satışını təmin etmək;
- Müvafiq kredit prosedurlarına uyğun olaraq: 20.000 manat məbləğindən artıq olan ərizələr üzrə müştəri ilə sorğu keçirmək, müştərinin ərizəsini qəbul etmək, biznes sahəsinə vizitlər etmək, müvafiq prosedur və təlimatlara uyğun olaraq müştərilərin təhlilini aparmaq, kredit verilməsi üçün müştəridən tələb olunan sənədləri qəbul etmək, kredit sənədlərini kredit komitəsində təqdim etmək və komitənin qərarına əsasən krediti rəsmləşdirilmək;
- Kredit portfelini idarə etmək;
- Korporativ müştərilərin loyallığının təmini üzrə tədbirlər həyata keçirmək;
- Filialın kiçik, orta, iri və korporativ kreditləri sahəsində ümumi fəaliyyətinə dair hesabatlar vermək;
- Təhkim olunmuş portfel üzrə borcalanların planlı və ya plandankənar monitorinqlərini həyata keçirmək;
- Filialda kiçik, orta, iri kreditlər və korporativ məhsullaı üzrə işin təkmilləşdirilməsinə dair təkliflər vermək; 
- Rəhbərlik tərəfindən bilavasitə verilən və bu vəzifə təlimatı ilə uyğun gələn göstəriş və tapşırıqları bilavasitə rəhbərini məlumatlandırmaqla icra etmək.

Namizədə qarşı tələblər:

- Ali təhsilli olmaq (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
- SME kreditləri sahəsində ən azı 2 il iş təcrübəsinə malik olmaq;
- Azərbaycan dilində səlis danışıq qabiliyyətinə malik olmaq;
- Analitik təhlil qabiliyyətinə malik olmaq;
- Satış qabiliyyətinə malik olmaq;
- Yüksək ünsiyyət, komandada işləmək və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
- MS Office proqramlarında sərbəst şəkildə işləyə bilmək bacarığına malik olmaq;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq;
- Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insanların psixologiyasına bələd olmaq.

Təkliflərimiz:

- Vəzifədən asılı olaraq 1000-1400 arası baza əmək haqqı;
- Nəticələrə əsaslanan effektiv bonus sistemi;
- Mütəmadi karyera yüksəlişi;
- 1 il işlədikdən sonra tibbi sığorta;
- Geniş təlim imkanları.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 07 avqust 2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində müraciət etdiyiniz region nəzərə alınmaqla “SME analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

DəmirBank özünün insan resursları siyasətinə əsasən müraciətçilərə bərabər seçim imkanları yaradır. Vakansiyanın tələblərinə cavab verən bütün namizədlər yaş, cins, irq və başqa fiziki xüsusiyyətlərinə, milliyyətinə, ailə vəziyyətinə, sosial-iqtisadi durumuna, baxışlarına görə ayrıseçkilik edilmədən nəzərdən keçiriləcəkdir.