Filial Müdiri (Zaqatala, Qax, Balakən)

  • Finance Company
  • Elanın qoyulma tarixi: 26.07.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Maliyyə sektorunda fəaliyyət göstərən şirkət Azərbaycanın şimal-qərb bölgəlsində yerləşən və 3 rayonun (Zaqatala, Qax, Balakən) fəaliyyətini birləşdirən filiala Müdir vəzifəsinə işçi qəbulu elan edir.

İdarəetmə, maliyyə və nəzarət sahələrində əsas vəzifə və öhdəlikləri:

• Filial işçilərin illik qiymətləndirmə prosesində iştirak etmək;
• Kreditlə bağlı bütün işləri təşkil və nəzarət etmək (komitələr, kredit verilmə prosesi, kredit müqavilələrinin təsdiqi, filialın kredit portfeli (portfelin riski), problemli kreditlər, kreditlərin vaxtında tam həcmdə qaytarılması);
• İşə qəbul və işdən azad olunan (təhvil-təslim prosesi) əməkdaşların fəaliyyətinə rəhbərlik etmək; 
• Ərazi bölgülərini aparaqraq, marketinq planının hazırlanması;
• İllik büdcənin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək.

Tələb olunan ixtisaslaşma, bilik, təcrübə və bacarıqlar:

• Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / idarəetmə sahəsi);
• Müvafiq vəzifədə (filial və ya departament rəhbəri) ən azı 2 il iş təcrübəsi;
• Azərbaycan dilini şifahi və yazılı mükəmməl bilmək;
• İşçilərə təlim və tədris etmək bacarığı;
• Bütün 3 bölgəni yaxşı tanımalı;
• Yaşadığı bölgədə və işlədiyi yerdə müsbət nüfuza malik olmalı;
• Maliyyə təhlili üzrə yüksək idarəetmə qabiliyyəti və analitik biliklərə malik olmalı.

İş təklifi:

• Rəqabət qabiliyyətli əmək haqqı (Zaqatala, Qax və Balakən bölgələrindən olmayan namizədlərin yaşayış haqqı ödəniləcək);
• Təşkilatın bonus sistemindən yararlanmaq imkanları;
• Təlim və karyera inkişafı imkanları;
• Yüksək motivasiyalı peşəkar heyyətdə işləmək imkanları;
• Korporativ telefon nömrəsi və danışıq kartı;
• Nəqliyyat vasitəsi.

Tələblərə cavab verən namizədlər 23 avqust, 2015-ci il tarixinədək [email protected] e-ünvanına CV-ni göndərməklə müraciət edə bilərlər. Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Şimal-qərb bölgəsinə Müdir). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.

Finance Company tərəfindən digər vakansiyalar