Tərcüməçi

  • EcoPark
  • Elanın qoyulma tarixi: 06.07.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tərcüməçi

İşin təsviri:

• Şirkətin distribyutoru olduğu brendlərin kataloqlarını, saytlarını ingilis dilindən azərbaycan dilinə tərcümə etmək
•  Elmi, texniki, ictimai-siyasi, iqtisadi, hüquqi, tibbi, normativ-texniki sənədləri və başqa xüsusi ədəbiyyatları ingilis dilindən azərbaycan dilinə və əksinə tərcümə etmək
• Mövzular üzrə, terminlər standartını, elmi və ədəbi redaktənin əsaslarını, dilin qrammatikasını və stilini bilmək
• Tərcümələrin tərkibi, mənanı və orjinal mətnin hisslərini özündə ehtiva etdiyinə əmin olmaq
• İş qrafiki  həftənin 6 günü saat 09:30 – 18:30, şənbə günü saat 10:00 – 14:00-dək, bazar günü istirahət.

Vəzifəyə olanlar tələblər:

• İş təcrübəsi: 3 ildən yuxarı
• Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini sərbəst bilməlidir
• Təhsil səviyyəsi: tərcümə, filologiya sahəsində ali təhsilli
• Dil bilikləri: ingilis (əla) (Digər dillərin bilinməsi üstünlükdür)
• Komputer bacarıqları: MS office (word-əla, excel–yaxşı)
• Fikrini aydın çatdırmaq, yazılı və şifahi nitq qabiliyyəti
• Dəqiqlik, operativlik və yüksək tərcüməçilik qabiliyyəti
• Bilik və təcrübəni daima inkişaf etdirmək
• Komandada işləmə bacarığı və Təşəbbüskarlıq və yeni ideyalar verə bilmə bacarığı
• İELTS və Tofel nəticəsi olanlara üstünlük verilir

Qeyd: Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını "İngilis dili üzrə tərcüməçi" email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur.