Vəzifənin adı: İnsan Resursları Mütəxəssisi (Binə qəsəbəsi)
Namizədə tələblər:
-25-30 yaş arasında xanımlar;
-Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
-İnsan Resursları sahəsində ən az 1 il iş təcrübəsi;
-AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
-Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
-Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
-Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli;
-Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı;
-Kadrların hərəkətlərinin uçot metodlarını bilməli;
-MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.
İş barədə məlumat:
-Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
-Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
-Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
-İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
-Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
-Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
-Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması.
-Kadrlar üzrə cari və perspektiv planları işləyib hazırlamaq.
İş şərtləri:
Həftə içində 5 gün, I-V günlər 09.00-18.00 saatları arasında
İş yeri:
Binə qəsəbəsi ərazisində
Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 30.06.2015 tarixinədək [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı “HR mütəxəssisi” qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.