Yerləşmə: Bakı
Sektor: Bank
Vəzifə : Plastik kart məhsullarının inzibatiləşdirilməsi və klirinq-hesablaşma şöbəsinin Mütəxəssisi
Departament: Əməliyyatlar departamenti
Müqavilə şərtləri: Daimi
Bank haqqında
Unibank – Azərbaycanın 1992-ci ilin avqust ayında, ilkin olaraq MBank adı altında, təsis edilmiş ən iri özəl banklarından biridir. MBank ilə Azərbaycanın aparıcı banklarından biri olan PROMTEXBANK-ın birləşməsindən sonra, onun adı 2002-ci ilin oktyabr ayının 15-də Unibank-a dəyişdirilmişdir. 2003-cü ildə Bankın kapitalına Avropa Yenidənqurma və İnkişaf Bankı, 2005-ci ildə isə DEG – Alman sərmayə korporasiyası qoşulmuşlar.
Müştəri yönümlü bank olaraq biz, müxtəlif regionlarda müştərilərin tələbatını nəzərə alırıq və qlobal xarakter daşıyan, eyni zamanda lokal bazarlar üçün adaptasiya olunmuş məhsullar və xidmətlər təqdim edirik. Bu zaman biz yüksək etik standartlara və sosial məsuliyyət prinsipinə ciddi riayət edirik. Təsadüfi deyil ki, bugün Unibank maliyyə bazarında layiqli nüfuz əldə etmişidir.
Fəaliyyətimizin başlıca prioriteti kimi müştərilərin tələblərinə xüsusi diqqət ayırmaqla bərabər, biz həmçinin əməkdaşlarımızın qayğısına qalırıq, çünki onlar strategiyamızın müvəffəqiyyətlə həyata keçirilməsində aparıcı rol oynayırlar. Məhz buna görə də, bir İşəgötürən kimi bizim üçün sosial dəyərlər işə götürmə zamanı olduqca mühüm amildir. Bizim baza dəyərlərimizə (birlik, açıqlıq, etibarlılıq) müvafiq olaraq, biz cari və gələcək biznes-məqsədlərin həyata keçirilməsi üçün əməkdaşlarımızın, inkişafını təmin etməyə çalışırıq. İnkişaf strategiyasının həyata keçirilməsi məqsədilə, Unibank, bankın imici və təqdim edilən məhsullar və xidmətlərin keyfiyyəti üçün məsuliyyəti dərk edən loyal əməkdaşlar axtarışındadır.
Əsas öhdəliklər
• Kart maketlərinin xəzinədən istifadəyə götürülməsi və balansdan kənar hesaba mədaxili;
• Sifariş fayllarının qəbulu və prosessinq mərkəzinə göndərilməsi;
• Sifariş verilmiş kartlar haqqında məlumatların MilliKart prosessinq mərkəzinin CMS program-bazasına daxil edilməsi;
• Prosessinq mərkəzindən emboss-faylların alınması;
• Kartların reqlamentə uyğun olaraq çap edilməsi və çap edildikdən sonra faylların ləğv edilməsi;
• Hazır kartların akta və mədaxil orderinə əsasən kassaya təhvil verilməsi;
• Hər həftənin sonu kart maketlərinin hesabatı (fiziki və balansdan kənar hesaba uyğun olaraq);
• Vaxtı keçmiş, habelə istifadəyə yararsız hala düşmüş kartların akt üzrə ləğv edilməsi;
• Priority Pass kartların çap edilməsi;
• ATM-də qalan kartların sistemə daxil edilməsi, və müştərilərə təhvil verilməsi;
• Aylıq hesabatların hazırlanması;
Namizədin Profili
• Ali təhsil
• Yaş həddi 20-25
• Hərbi xidməti başa vurmuş
• Rus dilini mükəmməl bilən
• Stressə davamlılıq və kollektivdə işləmək bacarığı
• Məsuliyyətlilik
• Ünsiyyət bacarığı
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini şəkil ilə 16-07-2015-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində(Plastik kart məhsullarının inzibatiləşdirilməsi və klirinq-hesablaşma şöbəsinin Mütəxəssisi) göstərməyiniz xahiş olunur.