Tender - Kitab çapı

İşin təsviri

Azərbaycan, Bakı  10 İyun, 2015-ci il 

KİTAB ÇAPI İLƏ BAĞLI KOTİROVKA

SORĞUSUNA TƏKLİFLƏRİN QƏBULU HAQQlNDA

E L A N

Qadın İştirakçılığı Proqramının (QİP) məqsədi Azərbaycan cəmiyyətində qadınların ictimai-iqtisadi statusunun yaxşılaşdırılmasıdır. Bu, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən maliyyələşdirilən 4 illik proqramdır və Qlobal Vətəndaş Cəmiyyətinin Gücləndirilməsi üzrə Liderlik və Tərəfdaşlıq qrantı çərçivəsində həyata keçirilir. Bu layihə çərçivəsində aparılacaq fəaliyyətlər BMT-nin Qadınlara Qarşı Ayrı-seçkiliyin Bütün Formalarının Aradan Qaldırılması üzrə Konvensiyasına (CEDAW) dair Azərbaycan hökumətinin üzərinə götürdüyü öhdəliklərin həyata keçirilməsi ilə sıx bağlıdır. Kaunterpart İnterneşnnl Təşkilatı Qadın İştirakçılığı Proqramı çərçivəsində “Azərbaycan Respublikasında Qadınların Hüquqları” adlı kitab çapı ilə bağlı  xidmətlərin, işlərin kotirovkalar sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.

Kitab çapı üçün aşağıdakı parametr və şərtlər tələb olunur:

1. Format A4
2. Tiraj: 500 nüsxə
3. Səhifələrin sayı: maksimum 300 səhifə
4. 20 səhifəyədək rəngli səhifələr
5. Üz qabığı, karton, mat-laminasiya, tikmə cildləmə
6. İç səhifələr üçün 80-100 qr kağız
7. Dizayn və tərtibat hazırlanması,  çap üçün digər zəruri texniki işlərin görülməsi
8. Kitab dizaynının ilkin və son variantının “Sifariş”çi ilə razılaşdırılması
9. Çapa hazır olduqdan sonra 7 gün müddətində çap və “Sifariş“ çiyə çatdırılma

Hüquqi və fiziki şəxslər öz təkliflərini 25 iyun, 2015-ci il tarixində, saat 18.00-dək Bakı şəhəri Əlövsət Quliyev 77/20 küç., ev 15, AZ 1009 ünvanına və [email protected] e-mail ünvanına  göndərə bilərlər. Kotirovka sorğusunun nəticələrinə dair  29 iyun 2015-ci il tarixə qədər təklif göndərən hüquqi və fiziki şəxslərə cavab veriləcək. Qiymət təklifində ünvan və telefon nömrələri qeyd olunmalıdır. Malgöndərən (podratçı) tərəfindən təklif olunan qiymət kotirovkaları malların (işlərin və xidmətlərin) qiymət dəyərindən başqa, nəqliyyat, sığorta, vergi, gömrük rüsumları və digər xərcləri nəzərə almaqla göstərilməlidir.

Əlavə məlumat üçün əlaqə:
Esmira Atamkhanova
Azərbaycan, Bakı,
Əlövsət Quliyev 77/20 küç., ev 15
Tel.: (994 12) 497 37 88 (daxili 11) Mob: +99451 585 26 45
Fax: (994 12) 497 37 88                     
Email: [email protected]