Lyuks Qapı-parket, divar kağızları üzrə satış mütəxəssisi

  • Collezione Italia
  • Elanın qoyulma tarixi: 30.08.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

2015-ci ilin sentyabr ayından fəaliyyətə başlayan və Bakıda ən nəhəng lüks ev əşyaları üzrə satış mərkəzi olan COLLEZİONE İtalia xidmətinizdə olacaqdır. Collezione İtalia dünyanın və xüsusən də Avropanın ən məşhur brendlərinin rəsmi və eksklyuziv nümayəndəsidir. Müştərilərimizin rahatlığı üçün xüsusi dizayn edilmiş 20.000 kvm sahəsi olan sərgi salonumuzda ən müasir dəbdə və yüksək keyfiyyətdə İtaliya, İspaniya, İngiltərə, İsveçrə və Almaniya istehsalı olan santexnika, mebel (mətbəx, qonaq, yataq mebelləri), qapı və parket, divar kağızları, çilçıraq, qab-qacaq nümayiş olunacaqdır.

Daima inkişaf edən, böyüyən, öz sahəsində ən yüksək və keyfiyyətli xidmət göstərməyi qarşısında məqsəd qoyan COLLEZİONE İtalia şirkəti lyuks mətbəx mebeli, mebel, santexnika, qapı və parket, divar kağızları, çilçıraq, qab-qacaq sahəsində çalışan təcrübəli və peşəkar şəxsləri satış sahəsində çalışmağa dəvət edir.

Qapı-parket, divar kağızları üzrə satış mütəxəssisi

Namizədə dair əsas tələblər:

•  Yaş: 25 yaşdan yuxarı
•  Təhsil: Orta, ali olanlara üstünlük verilir
•  İş təcrübəsi: Aparıcı şirkətlərdə 2 ildən yuxarı lyuks qapılar, parket və divar kağızları sahəsində iş təcrübəsi      
•  Təlim və sertifikasiya: Satış, marketinq sahəsində təlim keçmiş və sertifikat almış mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair peşəkar tələblər:

•  Şəxsi keyfiyyətlər: Professional etik davranışlar, gərgin şəraitdə işləmə bacarığı, professional səviyyədə müştərilərlə əlaqə yaratma bacarığı, yüksək səviyyədə xidmət, vicdanlılıq və ədalətlilik prinsipini əsas tutmaq                    
•  Xarici görünüş: Gülərüz, xoşgörkəmli
•  Diı bacarıqları: Azərbaycan və Rus dilləri sərbəst, İngilis dilini bilənlərə üstünlük verilir                                
•  Kompyuter bilikləri: Microsoft Office
•  Təqdimat bacarığı: Müstəqil şəkildə təqdimat, hesabat hazırlamaq və həyata keçirmək                                
•  Təlim bacarığı: Ehtiyac olduğu təqdirdə şirkət əməkdaşları üçün təlimlər hazırlamaq və həyata keçirmək       
•  Fərdi inkişaf: Öz sahəsində fərdi inkişaf planları olan mütəxəsislərə üstünlük verilir                                    
•  Vaxtın idarəedilməsi: Vaxtın düzgün idarə edilməsi sahəsində təcrübəli mütəxəssislərə üstünlük verilir

Vəzifəyə dair əsas məlumatlar:

• İş saatı: Həftədə 6 gün, 8 saatlıq iş rejimi ilə
• İstirahət: Həftənin 1 günü
• İş yeri: Əsasən ofisdə, bəzən sahələrdə və ezamiyyətlərdə
• Əmək haqqı və bonus: Təcrübədən asılı olaraq danışıqlar yolu ilə və satışdan bonus
• Fərdi təlimlər: Tələblərə uyğun olaraq şirkət tərəfindən maliyyələşdirilir

Əsas funksiyalar:

1.Müştərilərlə münasibətlərin idarə edilməsi və tənzimlənməsi:
• Müştərilərin proffesional şəkildə qəbul edilməsi
• Müştərilərin düzgün məlumatlandırılması
• Müştərilərin düzgün analiz edilməsi
• Müştərilərin lazımı olan çap materialları ilə təmin edilməsi

2.Sənədləşmə proseduru:
• Müştərilərə Şirkətin sənədləşmə tələblərinin düzgün izah olunması
• Müqavilələrin bağlanılmasının idarə edilməsi
• Müştərilərlərdə lazım olan sənədlərin ilkin olaraq analizi
• Müştəridən lazım olan məlumatın vaxtında alınması

3.Satış hesabatı:
• Müştərilərə aid hesabatların hazırlanması
• Satış hessbatlarının hazırlanması
• Müştərilər barədə məlumatların toplanılması və qeydiyyatı
• Məlumatların avtomatlaşdırılmış sistemə daxil edilməsi

CV-lərinizi Lyuks qapılar, parket və  divar kağızları üzrə satış mütəxəssisi mövzusu ilə [email protected] elektron poçt ünvanına göndərməyiniz rica olunur.