Mühasib köməkçisi

İşin təsviri

ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi

Vəzifənin adı: Mühasib köməkçisi

İş yeri: Bakı, Azərbaycan

Əsas vəzifə öhdəlikləri:

• Baş mühasibin tapşırıqlarını dəqiq və vaxtında yerinə yetirmək;
• Bütün növ hesab-fakturaları, xərc sənədlərini və ödənişə müraciətləri qəbul və icra etmək;
• Hesablar, qaimələr, ödəniş tapşırıqları və digər mühasibat sənədlərini hazırlamaq, yoxlamaq və düzəlişlər etmək;
• Mühasibat əməliyyatlarını icra etmək;
• Mövcud qaydalara müvafiq olaraq lazımi sənəd və materialları, eləcə də hesabatları hazırlamaq, saxlamaq və ləğv etmək;

Tələb olunan peşə-ixtisas səviyyəsi:

• Mühasib dərəcəsi və ya maliyyə/mühasibatlıq sahəsində ali təhsil;
• İş təcrübəsi: müvafiq sahədə azı 6 ay iş təcrübəsi;
• Azərbaycan və rus dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis dili arzu olunandır);
• Əla kompüter bilikləri (Microsoft Office);
• Mühasibatlığa dair cari qanunvericilik aktlarına dair bilik;
• Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
• Təşəbbüskar, qərar qəbul etmə bacarığı, komandanı həvəsləndirmək və idarə etmək qabiliyyəti;
• Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Əla ünsiyyət qurmaq və yaxşı komanda üzvü olmaq bacarığı;
• İşçi heyəti ilə işləmək bacarığına malik olmalı.

Yuxarıda göstərilən tələblərə uyğun olan namizədlər öz tərcümeyi-hallarını (CV - foto şəkil ilə)  [email protected] elektron poçtun ünvanına göndərə bilərlər.

ATKİNS şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən digər vakansiyalar