Daşinmaz Əmlak Agenti/Brokeri

  • MEG Azerbaijan
  • Elanın qoyulma tarixi: 16.04.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Dünya şöhrətli daşınmaz əmlak brendini Azərbaycana gətirən “MEG Azerbaijan” şirkəti Bakı ofisi üçün yeni vakansiyalar təklif edir.

DAŞINMAZ ƏMLAK AGENTİ/BROKERİ

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

 Ev sahibi/icarədarlar üçün alqı-satqı təklifləri hazırlamaq/təklif etmək.
 Alıcı və satıcı arasındakı razılaşmalarda tərəflərdən birini vasitəçi kimi təmsil etmək.
 Yenicə satılmış əmlakı digər oxşar əmlaklarla müqayisə etməklə bazar rəqabətini müəyyən etmək.
 Müştərilərə bazardakı vəziyyət, qiymətlər, ippoteka, qanuni tələb və digər aidiyyatlı məsələlərlə bağlı məsləhətlər vermək.
 Əmlakın yerləşmə/əldə olunma/kirayəsi haqda məlumatları elanlar, açıq evlər və çoxəhatəli siyahı xidmətindən istifadə etməklə reklam etmək.
 Təmsilçi, satış müqavilələrini, yekun bildirişlərini, aktları və icarə sənədlərini hazırlamaq.
 Kommersiya, sənaye və yaşayış obyektlərini, torpaq sahələrini müştərilərə nümayiş etdirmək və xüsusiyyətləri barədə məlumatlandırmaq.
 Gələcək alıcılara/icarədarlara mülkləri/əmlakı/yaşayış evlərini göstərmək üçün görüşləri koordinasiya etmək.
 Müştərilərin tikinti, maliyyə, təminat, təmir və qiymətləndirmə məsələləri ilə bağlı suallarını cavablandırmaq.
 Potensial alıcını maraqlandırma yolları barəsində əmlak sahibinə məsləhətlər vermək.
 Müştərinin maliyyə və kredit imkanları statusunu araşdırmaqla maliyyə imkanlarını öyrənmək.
 Əmlakı müştərilərə göstərməzdən öncə qiymətləndirmək məqsədilə səfər etmək.

İŞ FUNKSİYASI:

 Bütün mümkün mənbələrdən məlumatların toplanması
 İnsanlarla və ictimaiyyətlə münasibətlərin yaradılması
 Əmlak satışı və ya kirayəsi müqavilələrinin razılaşdırılması
 Məlumatlar bazasının kompyuterə köçürülməsi
 Müştəriləri almağa, satmağa və s. həvəsləndirmək
 İnsanlarla konstruktiv, kooperativ iş əlaqələri yaratmaq və bu münasibətlərin davamlılığını təmin  etmək
 TeXniki biliklərə malik olmaq və işinə yeni biliklər gətirmək
 Məlumatı analiz etmək və nəticələri qiymətləndirməklə ən yaxşı həll yolunu seçmək və problemİ həll etmək
 Spesifik məqsədlər və planlar hazırlamaqla işini vaciblik dərəcəsinə görə sıralamaq və yerinə yetirmək
 Məlumatları yazılı və ya elektron/maqnetik formada qeydə almaq, saxlamaq və qorumaq
 Məlumatların supervayzerlərə, əməkdaşlara telefonla, yazılı formada, şəxsən, e-mail vasitəsilə ötürülməsi
 Məlumat fayllarının qorunması və sənədləşdirmə işlərinin aparılması kimi gündəlik inzibati işlərin yerinə yetirilməsi

Yaş həddi: 22-30.
Bu sahədə minimum 1 illik iş təcrübəsi.
Dillər: ingilis və rus dillərini bilməsi arzuolunandır.

Əlaqə: E-mail - [email protected]

MEG Azerbaijan tərəfindən digər vakansiyalar