Qida və İçki Departamenti-Qrup rəhbəri-Yay

İşin təsviri

Vəzifə: Qida və İçki Departamenti-Qrup rəhbəri-Summer vacancy

Əsas öhdəlikləri: 

1. Bütün həmkarlarının “Jumeirah Beynəlxalq Keyfiyyətin İdarəedilməsi Sistem”-ə riayət etməsini təmin etmək;
2. Diqqətli, hörmətcil və bacarıqlı nəzarətçi olmaqla digər həmkarlarına nümunə olmaq.
3. Qonaqlara ən yüksək səviyyəli xidmət və diqqətinin göstərilməsini təmin etmək üçün həmkarlarına bütün sahələrdə yardımçı olmağa və istiqamət verməyə hazır olmaq;
4. Xidmət sahələri ilə mətbəx arasında düzgün əlaqənin saxlanılmasına nəzarət etmək;
5. Əlavə satışın həyata keçirilməsi üçün qonaqlara qida və içkilərlə bağlı professional məsləhətlər verə bilmək;
6. Qonaqların sifarişlərinin dəqiqliklə tamamlanmasına nəzarət etmək, eyni zamanda müdaxilə olunması vacib hal yarandıqda birbaşa meneceri və ya Bölmə menecerinə bildirmək;
7. Bölmə menecerinin təlimatlarına müvafiq olaraq brifinq və təlimlərin həyata keçirmək;
8. İaşə obyektinin fəaliyyət üçün hazır olmasına əmin olmaq və onun açılış və bağlanmasını həyata keçirmək;
9. Menecment tərəfindən verilmiş digər tapşırıqları icra etmək;

Tapşırıqlar (könüllü):

• Bölüm menecerinin təsdiqinə təqdim etmək üçün növbə cədvəlini hazırlamaq
• Restorana nəzarət (inventarizasiya)
• İnzibati işlərdə bölüm menecerinə yardım etmək.

Vəzifə tələbləri

Xarakteristika Vacib xüsusiyyətlər

• Mehriban və ünsiyyətcil xarakter
• Komandada işləyə bilmə bacarığı
• Vicdanlılıq
• Təzyiq altında işləyə bilmə bacarığı
• Azərbaycan, rus yaxud türk dili bilikləri (yazılı və şifahi)
• Orta təhsil və ya Qonaqpərvərlik üzrə ali təhsil
• Qida və İçkilər mövzusu haqda  məlumatlı olmaq

Lazımlı xüsusiyyətlər

• Hər hansı əlavə dil bilgisi (İngilis, alman və s.)
• Qonaqpərvərlik üzrə təhsil

Təcrübə Vacibdir

• Pab və ya 5 ulduzlu restoranda nəzarətçi yaxud qrup lideri kimi təcrübə;
• Minimum 2 il ümumi iş təcrübəsi;
• Təlim və işçilərin inkişaf etdirilməsi üzrə təsdiqli təcrübə.

Bacarıqlar

• Güclü liderlik
• Treyninq keçmək
• Təşkilatçılıq
• Micros və kassirlik üzrə biliklər

E-mail: [email protected]