Supervayzer (Satış üzrə bölgə nəzarətçisi)

  • Koroglu MMC
  • Elanın qoyulma tarixi: 15.03.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

"Koroğlu" MMC Azərbaycan Respublikası ərazisində 1992-ci ildən yerli və xarici qənnadı məmulatlarının distributoru kimi fəaliyyətə başlayıb. Dünya ölkələrinin bir çox nüfuzlu şirkətləri ilə "Koroğlu" MMC "Şirin", "Konti", "Akkond", "AVK", "Slavyanka", "Sladko", “Konfeşn”, “Şimşək” kimi istehsalçı məhsullarının satışını təşkil edir. Satışını təşkil etdikləri məhsullar sırasına konfetlər, karamellər, peçenye, vafli, konfetlər dəsti, şokolad plitkaları, batonlar, biskvitlər, ruletlər, kekslər və s. daxildir.

“Koroğlu” MMC aşağıda qeyd edilən vəzifə üzrə işçi yığımı elan edir:

Vakansiyanın adı Supervayzer (Satış üzrə bölgə nəzarətçisi)

Əmək haqqı 750 AZN + bonus (1000 AZN-dən başlayaraq)

İş qrafiki 08:00 - 17:00
Bazar ertəsi – Şənbə

Şəhər Bakı

Namizədə dair tələblər:

 Cinsi: kişi
 Yaş həddi: 25-35 yaş
 Təhsil: Ali
 Kompyuter bilikləri: MS Office
 Dil bilikləri: Azərbaycan dili (səlis), rus dili və ingilis dili bilmələri arzuolunandır.
 Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
 Maliyyə, İqtisadiyyat, Menecment və hüquq sahəsində ali və ya magistr təhsili (və ya ona bərabər tutulan təhsil səviyyəsi);
 Analitik zəkaya malik olmaq və müştərilərlə işləmək qabiliyyəti;
 Riyazi hesablama aparmaq qabiliyyəti;
 Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
 İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
 Liderlik, əməkdaşlıq, məhsul biliyi, prezentasiya, ünsiyyət, analitik düşünmə, problem həlletmə, komanda işi, yaradıcılıq, prioritetləşdirmə, nəticəyə fokuslanma, yerində öyrənmə bacarıqları.

Vəzifə öhdəlikləri:

 Sahəsi üzrə satış hesabatlarının analizi və inkişaf imkanlarının müəyyənləşdirilməsi;
 Satış və inkişaf planlarının hazırlanması və rəhbərliyə təqdim olunmas;
 Nominal və ağırlıqlı distribusiya hədəflərinin müəyyənləşdirilməsi və bu hədəflərə çatma üçün lazımi işlərin təşkili;
 Satış plan və hədəfləri üzrə struktur bölməsi üzrə iş bölgüsünün aparılması və əməliyyat planlarının hazırlanması;
 Satış və inkişaf planlarının icrasına nəzarət olunması və vəziyyətə uyğun müvafiq tədbirlərin həyata keçirilməsi;
 Loyal müştəri proqramını icra etmək və müəyyən edilmiş say hədəflərinə çatmaq;
 Satış şərtlərinin və güzəştlərinin düzgün icrasına nəzarət;
 Satış nöqtələrində satış planlarına və qaydalarına nəzarət məqsədilə davamlı mağaza təftişlərinin həyata keçirilməsi;
 Tabeçiliyindəki satış nümayəndələrindən sahə üzrə satış proqnozlarının əldə olunması, proqnozların analizi və konsolidasiyası və rəhbərliyə ötürülməsi.

QEYD:  Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Şirkət haqqında ətraflı məlumatı www.koroglu.az ünvanından ala bilərsiniz.