İnsan Resursları Mütəxəssisi – Bölgə

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 09.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İnsan Resursları Mütəxəssisi – Bölgə

Azərsun Holdinq  İnsan Resursları Mütəxəssisi vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır:

İş haqqında məlumat:

- Əmək qanunvericiliyinə, şirkət nizamnaməsi və təlimatlara uyğun işçilərin qəbulu, köçürulməsi, kadrların ixtisasının artırılması və işdən azad edilmələrinin və s. sənədlərin rəsmiləşdirilməsi;
- Əmək kitabçalarının əmrlər əsasında doldurulması;
- Şəxsi heyətin uçotuna, çalışanlara cari və keçmiş əmək fəaliyətləri haqqında arayışların verilməsi, əmək kitabçalarını qorunması, kadrlar üzrə təyin olunmuş sənədlərin icra edilməsi, eləcə də işçilərin mükafatlandırılması üçün materialların hazırlanması;
- İşçilərin şəxsi işlərinin aparılması, formalaşdırılması;
- Məzuniyyət qrafiklərinin tərtib edilməsi, işçilərə məzuniyyətlərin verilməsi uçotunun aparılması, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət edilməsi;
- Kadrlar üzrə hesabatların tərtib edilməsi və tələb olunan yerə təqdim edilməsi;
- Kadrlar üzrə cari və perspektiv planların işləyib hazırlanması.
- İş yeri bölgədəki müəssisəmizdədir. Maaş yüksəkdir.

Namizədə tələblər:

- Menecment, iqtisadiyyat və digər sahələrdə ali təhsil;
- İnsan Resursları sahəsində ən az 2 il iş təcrübəsi olan peşəkar axtarılır;
- AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli, bu sahədə praktik təcrübəyə malik olmalı;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
- Kadrlara aid olan normativ, metodik və digər rəhbər materialları bilməli;
- Kadrlar şöbəsinin əsasnaməsini, təlimat və digər rəhbər sənədləri, kadr işinin təşkilini və hesabatlarının tərtib edilməsini bilməli;
- Əmək kitabçalarının, şəxsi işlərin aparılması və qorunmasını bacarmalı;
- Kadrların hərəkətlərinin uçot metodlarını bilməli;
- MS Office proqramlarını, xüsusən Excel və Word, yüksək səviyyədə bilməli.

Göstərilən tələblərə cavab verən namizədlər www.azersunhr.com ünvanında qeydiyyatdan keçə bilər vəya öz CV– lərini [email protected]  elektron ünvanına göndərə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“İnsan Resursları Mütəxəssisi – Bölgə üçün”) qeyd olunmalıdır.

İşəgötürənin reytinqi