Hesabatlıq və MİS şöbəsinin müdiri

  • Bank Avrasiya
  • Elanın qoyulma tarixi: 05.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Bank Avrasiya” ASC

Vəzifə: Hesabatlıq və MİS  şöbəsinin müdiri

Namizədlər üçün irəli sürülən tələblər:

Ali iqtisadi təhsil
Ən azı 2 il uçot və ya hesabat sahəsində bank təcrübəsi
MS Office proqramların üzrə biliklər
Maliyyə menecmeti sahəsində sertifikatlar
Maliyyə və vergi sahəsinə aid qanunvericiliyə dair biliklər
Nəzarət edə bilmə qabiliyyəti
Strateji düşünmə və analitik təhlil bacarığı
Məsuliyyətlilik
Ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:

• Maliyyə menecmenti üzrə qəbul olunmuş siyasətə uyğun olaraq Bankın hesabatlarının hazırlanma metodologiyasını və onlara dəyişikliklər və əlavələrin layihələrini hazırlamaq;
• Bankdaxili bütün növ hesabat formalarını, onların təqdimetmə müddətlərini və vaxtını müəyyənləşdirmək;
• Hesabatlar üzrə alqoritmləri hazırlamaq, müvafiq təsdiqdən sonra İT departamentinə sifarişlər vermək;
• Bankın bütün struktur bölmələrindən statistik məlumatları toplamaq, onları icmallaşdırmaq;
• Bankın rəhbərliyini və səhmdarları bankın fəaliyyəti ilə bağlı bütün statistik məlumatlarla təmin etmək;
• Dövlət orqanlarına, yerli və xarici auditorlara təqdim olunan hesabatları hazırlamaq və təqdim etmək;
• Reytinq agentliklərinə və bankın digər biznes tərəfdaşlarına təqdim olunan hesabatları hazırlamaq və təqdim olunmaq üçün Bankın aidiyyatı strukturuna göndərmək;
• Bankın menecmentinin müəyyən etdiyi və bankdaxili qaydalarla müəyyən olunmuş kredit biznesi üzrə hesabatlar hazırlamaq;
• Beynəlxalq və daxili maliyyə və reytinq təşkilatlarına kredit biznesinə aid məlumatları və hesabatları hazırlamaq;
• Şöbənin funksiyalarına aid olan məsələlər barədə müraciətlərə və məktublara cavab hazırlamaq.

CV – ləri  [email protected] elektron poçtuna göndərə bilərsiniz.