Korporativ bankçılıq departamentinin direktoru

  • Bank Avrasiya
  • Elanın qoyulma tarixi: 05.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Bank Avrasiya” ASC

Vəzifə: Korporativ bankçılıq departamentinin direktoru

Namizədlər üçün irəli sürülən tələblər:

Ali iqtisadi və ya biznes üzrə təhsili
Ən azı 5 il korporativ müştərilərə xidmət sahəsində bank təcrübəsi
Xarici dil bilikləri
MS Office proqramlarının bilikləri
Satış qabilliyətinə malik olma
Analitik qabiliyyət
Yaradıcılıq bacarığı
Ünsiyyətqurma və komandada işləmək bacarığı

İşin təsviri:

• korporativ biznes üzrə bankın strategiyasının, daxili təlimat və qaydalarının, onlara əlavə və dəyişikliklərin layihələrini hazırlamaq;
• korporativ müştərilərə bank məhsul və xidmətlərinin satışı standartlarını, onlara əlavə və dəyişikliklərin  layihələrini  hazırlamaq;
• korporativ müştərilərə məhsul və xidmətlərin satışında müştəri xidmət strukturlarına yaxından əməli köməklik göstərmək;
• Bankın müştəri əlaqələrini idarəetmə (CRM) üzrə layihələrini idarə etmək;
• korporativ müştərilərin banka cəlb olunmasını təşkil etmək;
• potensial korporativ müştərilərin Bankın məhsul və xidmətləri barədə məlumatlandırılması üçün lazım olan təşviqat-təbliğat tədbirləri sifariş etmək və icrasına nəzarət etmək;
• Bankın korporativ məhsul və xidmətlərinin təşviqat materiallarının strukturunu və mətnini hazırlamaq, onları lazımi struktur bölməsinə sifariş etmək;
• Bankın korporativ bank biznesi fəaliyyəti üçün əhəmiyyət kəsb edə biləcək biznes inkişafı istiqamətli layihələrini hazırlamaq və tətbiq etmək;
• Bankın mövcud məhsulları əsasında çarpaz satış (cross-selling) və üst satış (up-selling) imkanları verən xüsusi məhsul və  xidmətləri hazırlamaq;
• korporativ biznesin inkişafına kömək edən digər bütün işləri görmək;
• departamentin işini planlaşdırmaq və təşkil etmək; 
• bankdaxili qaydalara müvafiq olaraq, departamentin fəaliyyəti barədə hesabatlar hazırlamaq.

CV – ləri  [email protected] elektron poçtuna göndərə bilərsiniz.