Daxili nəzarət və risklərin idarə edilməsi departamentinin direktoru

  • Bank Avrasiya
  • Elanın qoyulma tarixi: 05.02.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“Bank Avrasiya” ASC

Vəzifə: Daxili nəzarət və risklərin idarə edilməsi  departamentinin direktoru

Namizədlər üçün irəli sürülən tələblər:

Ali iqtisadi və ya biznes üzrə təhsil
Ən azı 5 il bank sahəsində iş təcrübəsi
Xarici dil bilikləri
MS Office proqramlarının bilikləri
Risklərin idarə edilməsi üzrə sertifikata malik olmalı
Bank və çirkli pulların yuyulması ilə əlaqədar qanunvericilik sahəsində biliklər
Problemi öncədən görə bilmək qabiliyyəti
Nəzarət edə bilmə qabiliyyəti
Analitik qabiliyyət
Komandada işləmək bacarığı

İşin təsviri:

• Bankın risk siyasəti, risklərin idarə edilməsi üzrə daxili qaydaların layihələrini hazırlamaq;
• qəbul edilmiş qərarlar üzrə əməliyyatların balansda düzgün əks etdirilməsinə nəzarəti təşkil etmək;
• bütün növ limitlərə gündəlik nəzarəti təşkil etmək;
• müştəri əməliyyatlarına çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunvericilik və daxili qaydalara riayət olunmasına nəzarəti təşkil etmək;
• Bank fəaliyyətinin ayrı-ayrı sahələrində yoxlama və monitorinqləri təşkil etmək;
• risklərin idarə edilməsi işinin əlaqələndirilməsini təmin etmək;
• risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
• risk xəritəsini hazırlamaq və onun icrasına monitorinqi həyata keçirmək;
• risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə metodların və modellərin seçilməsi və tətbiqi üzrə işləri həyata keçirmək;
• risklərin qiymətləndirilməsi, təhlili və nəticəsi barədə hesabatı hazırlamaq;
• aidiyyatı struktur bölmələrlə birgə stress-testlər keçirmək və müəyyən edilən risklərin azaldılması məqsədi ilə tədbirlər planı hazırlamaq;
• Bankın çirkli pulların yuyulmasına qarşı siyasəti və daxili qaydalarının layihələrini, onlara əlavə və dəyişikliklər üzrə təkliflər hazırlanmaq;
• departamentin işini planlaşdırmaq və təşkil etmək.

CV – ləri  [email protected] elektron poçtuna göndərə bilərsiniz.