Kredit işçisi (Bakı və Karvan filialı)

İşin təsviri

“İnkişaf üçün Maliyyə” MMC Bank Olmayan Kredit Təşkilatı Bakı və Karvan filialı Kredit işçisi

Tələblər:

• Biznes anlayışının olması (kənd təsərrüfatı, ticarət, xidmət, istehsal və digər sahələrdə);
• Ümumi riyazi və hesablama bacarıqları;
• İnsanlarla rahat ünsiyyət qurmaq qabiliyyəti;
• Azərbaycan dilində səlis danışmaq, anlamaq və fikri başa düşülən səviyyədə ifadə etmək;
• Kredit, maliyyə və ya mühasibat işi haqqında müəyyən məlumatın və öyrənməyə marağın olması arzuolunandır;
• Ali və ya texniki təhsil.

İşçinin görəcəyi əsas işlər:

• İşçinin iş vaxtının əsas hissəsi kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə onlarla görüşmək (məsələn, yarmarka və ticarət mərkəzlərində, biznes obyektlərinin cəmləşdiyi ünvanlarda, kəndlərdə);
• Kredit xidməti və şərtləri haqqında məlumatlandırma aparmaq;
• Artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşləri keçirmək;
• Kredit layihəsi hazırlamaq.

İşçinin təlim və inkişafı:

• Yeni götürülən işçilər təcrübəli işçilərdən təlim alacaq;
• İnkişafa meylli və qabaqcıl işçilər müxtəlif təlim və seminarlara göndəriləcək.

“İnkişaf üçün Maliyyə” MMC-nin Bakı filialı  
Bakı şəhəri, Bülbül prospekti 58D                                                    

“İnkişaf üçün Maliyyə” MMC-nin Karvan filialı  
Bakı şəhəri, Avtovağzal ticarət mərkəzi                                           
           
E-poçt: [email protected]
Faks:  (994 12) 492 77 63 (11)

Xüsusi Qeydlər:

1. Ərizələrin (CV-lərin) qəbulu 06 fevral 2015-ci il tarixinədək davam edir.
2. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
3. Ərizələri e-poçt ünvanımıza göndərərkən mövzu yerinə "Bakı və ya Karvan filialında kredit işçisi" yazmağınız xahiş olunur. Əks halda Ərizələrə (CV-lərə) baxılmayacaq.
4. Əlaqə üçün şəxs: Günel Səlimova, İnsan Ehtiyatları Meneceri v.i.e.