Sahə mühəndisi

  • GMR International
  • Elanın qoyulma tarixi: 22.01.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

GMR International LLC "Sahə mühəndisi" vəzifəsinə vakansiya elan edir.

Əsas vəzifə öhdəlikləri:

- Milli Su Təchizatı və Kanalizasiya Layihəsi üzrə yerinə yetirilən işlərinin (xidmətlərin) keyfiyyətinə nəzarət etmək;
- Təyin edilmiş  tikinti-quraşdırma işlərinin layihəyə tam uyğun aparılmasına birbaşa nəzarət etmək;

- Materialların, konstruksiyaların və məlumatların qəbul olunmasını təşkil edib, tikinti materiallarının sertifikatlarının olması və tikinti meydançasına gətirilən materialların keyfiyyətinin təqdim olunan sertifikatlara uyğunluğunu yoxlamaq, onların anbarda yerləşdirilməsini, qeydə alınması və aparılmasını təşkiletmək;
- İşin gedişatına dair tələb olunan qaydada rəhbərliyə hesabatlar təqdim etmək.

Tələblər:

- Müvafiq sahədə ali təhsil ;
- Azərbaycan   və  ingilis  dillərini yazılı və şifahi surətdə  bilmək;
- Müvafiq sahədə (su təchizatı) iş təcrübəsi 5 ildən az olmamaq şərtilə;
- Tikinti sahəsində qabaqçıl təcrübə və müasir metodlardan istifadə etmək bacarığı;
- İş üçün müvafiq kompüter proqramlarını bilmək (Word, Excel, AutoCAD);
- Tikinti işlərinin aparılmasına dair metodik və normativ sənədləri və həmcinin tikinti istehsalının texnologiya və təşkilini və sahədə işin planlaşdırılması prinsiplərini bilmək;
- Tikinti-quraşdırma işlərinin istehsalı və təhvil olunmasına dair texniki reqlamentlər, tikinti norma və qaydalarını və texniki şərtləri bilmək.

Əlaqə/(012) 480-37-11

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected]  elektron ünvanına göndərə  bilərlər.

Zəhmət olmasa elektron məktubu göndərərkən məzmunda "Sahə mühəndisi" vəzifəsini geyd edin.

GMR International tərəfindən digər vakansiyalar