İşin təsviri
Vəzifə öhdəlikləri:
- Şöbənin funksiyalarının icrasını tənzimləyən BOKT-un daxili qayda və təlimatlarının hazırlanmasında iştirak etmək;
- Kredit siyasəti və təlimatlarını dərindən bilmək və tətbiq etmək;
- Gündəlik verilən kreditlərin online və offline olmasına nəzarət etmək;
- Uyğunluq (compliance) risklərinin aşkarlanması və hesabatlandırılmasında iştirak etmək;
- Məhkəmə sənədlərinin şöbələr arası təhvil-təsliminə nəzarət etmək;
- Şöbəyə aid sənədləri tərtib edib arxivləşdirmək;
- Dövri olaraq BOKT-un fəaliyyətində kredit risklərin səviyyəsini müəyyən etmək məqsədilə müxtəlif metodlardan istifadə etməklə təhlil etmək;
Tələblər:
- Müvafiq sahə üzrə iş təcrübəsi tələb olunmur;
- 1C/8.3 proqramında işləmək bacarığı üstünlükdür;
- MS Office proqramları üzrə biliklər;
- Analitik təhlil etmə, düşünmə qabiliyyəti;
- Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, rus dili üstünlükdür;
- Komanda daxilində işləmək bacarığı;
- Dəqiqlik, detallara fikir vermək;
- Stressə davamlılıq və operativlik;
- Yüksək öyrənmə və inkişaf potensialı.
İş barədə məlumat:
- Şirkət: “HOME FİNANCE Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi
- Əmək haqqı: 500 AZN+bonus;
- Komfortlu ofis şəraiti, müasir tələblərə uyğun idarəetmə sistemi, mehriban komanda;
- 5 günlük iş qrafiki;
- Nahar şirkət tərəfindən təmin olunur;
Şəkilli CV-lərinizi “Komplayens və Anderraytinq şöbəsinin kiçik mütəxəssisi” başlığı altında Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərməyiniz xahiş olunur.