İşin təsviri
Komandamıza qoşulacaq Flutter Developer axtarışındayıq. Sizdən yüksək performanslı, stabil və modern iOS/Android mobil tətbiqləri hazırlamaq, onların texniki dəstəyini təmin etmək və məhsul komandasına mobil inkişafda dəstək vermək gözlənilir.
Vəzifələr:
- Flutter istifadə edərək mobil tətbiqlərin hazırlanması
- Təmiz, modular kod yazılması
- REST API və backend servisləri ilə inteqrasiya təcrübəsi
- Tətbiqlərin performansının, animasiyalarının və UI cavab sürətinin optimallaşdırılması
- Dizaynerlərlə birlikdə pixel-perfect UI/UX tətbiqi
- Mobil release-lərin hazırlanması və App Store / Google Play-ə yüklənməsi
- Texniki problemlərin diaqnostikası, həlli və davamlı olaraq təkmilləşdirilməsi
Tələblər:
- Flutter üzrə minimum 2 il iş təcrübəsi
- Dart dilində güclü bilik
- State management ilə tanışlıq (Bloc, Provider, Riverpod, GetX və s.)
- API inteqrasiyası və üçüncü tərəf paketlərlə işləmə təcrübəsi
- Mobil build alətləri (Android Studio, Xcode) ilə işləmə bacarığı
- Üstünlük: Firebase (Auth, Firestore, Messaging), push bildirişlər və mobil CI/CD bilikləri
Təklif edirik:
- Rəqabətli əməkhaqqı
- İnkişaf yönümlü, dinamik komanda
- Elastik iş saatları və hibrid/remote imkanları
- Real istifadəçi problemlərini həll edən müasir mobil məhsullar yaratmaq şansı
Müraciət üçün:
CV, portfolio-nuzu və ya kodlaşdırdığınız mobil tətbiqləri nümayiş etdirərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərin. Email mövzu hissəsində “Flutter Developer” yazmağınızı xahiş edirik.