Avtomatika mütəxəssisi

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 13.01.2015
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Avtomatika mütəxəssisi

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir.

Qida sektorunda, Azərbaycanı istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq", tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahibdir.

Azərsun Holdinq  Avtomatika mütəxəssisi vakansiyası üzrə aşağıdakı xüsusiyyətlərə sahib olan namizəd axtarışındadır.

İş haqqında məlumat:

• Lokal nəzarət prosesləri üçün proqramların yazılması;
• Avtomatik nəzarət sistemlərinde istifadə olunan şəbəkələrin (Industrial Ethernet, Profibus, Multi-Point Interface) qurulması;
• Maşın və avadanlıq idarəetmə proqramlarına nəzarətin həyata keçirilməsi;
• Həssas ölçü cihazlarının nizamlanması;
• AC invertorların (driver) təmiri;
• Yeni cihazların sınaqlarının həyata keçirilməsi;
• Mərkəzi və lokal on-line UPS sistemlərinə nəzarət
• İş yerləri Xırdalan və Masazırda yerləşən müəssisələrimizdədir.

Əsas tələblər:

• Proqramlaşdırılan məntiqi nəzarət proqramının (PLC) yazılması və modifikasiya edilməsini bilməli (STL, LAD, FBD, CFC, SFC);
• PLC konfiqurasiyası, quraşdırılması, optimallaşdırılması və təmiri əsaslarını bilməli;
• SCADA (Supervisory Control and Data Acquisition), HMI (Human Machine Interface) proqramlarının proqramlaşdırılmasını bilməli;
• PLC ilə təchiz olunmuş proseslərin və maşınların texnoloji və elektrik sxemlərini oxumağı bacarmalı;
• Hart protokollu kommunikatorlardan istifadə qabiliyyətinə malik olmalı;
• AC invertorların (driver) proqramlaşdırılmasını bilməli;
• PLC və SCADA arasında əlaqə qura bilməli.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV– lərini 23.01.2015  tarixinədək [email protected] elektron ünvanına göndərə bilər vəya  www.azersunhr.com  saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər. Mövzu hissəsində vəzifənin adı (“Avtomatika mütəxəssisi”) qeyd olunmalıdır.

İşəgötürənin reytinqi