Satış nümayəndəsi (Tələbə)

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Diyircəkli yastıqların (podşipniklərin) satışının həyata keçirilməsi
  • Mövcud və potensial müştərilərlə əlaqələrin qurulması və inkişaf etdirilməsi
  • Korporativ əməkdaşlıqların qurulması və inkişaf etdirilməsi
  • Satış planlarının icrası və aylıq hədəflərə çatmaq
  • Satış sonrası əməliyyatları, çatdırılma və ödəmə proseslərini izləmək
  • Satışla əlaqədar tələb və təkliflərin hesabat kimi təqdim edilməsi
  • Bazarın təhlili, yeni müştərilərin cəlb edilməsi
  • Müqavilələrin və kommersiya təkliflərinin hazırlanması
  • Satış prosesinin 1C proqramı vasitəsilə idarə olunması

Tələblər:

  • Texniki və mühəndislik sahəsi üzrə təhsil alan
  • Xarici dil bilikləri (ingilis və ya rus dili)
  • Ofis proqramları ilə işləmə bacarığı 
  • Güclü ünsiyyət və təqdimat bacarıqları

Biz təklif edirik:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə
  • İş qrafiki: Yarımştat həftədə 5 gün
  • Əmək haqqı: 250 AZN + Bonus
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
  • Rahat və dəstəkçi iş mühiti
  • Ünvan: N.Nərimanov rayounu, Əliyar Əliyev 26.

Göstərilən tələblərə cavab verən namizədlər öz fotoşəkilli CV-lərini və əmək haqqı gözləntilərini qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Satış nümayəndəsi” başlığı ilə göndərə bilərlər.