Planlaşdırma üzrə Menecer

  • InterProfil
  • Elanın qoyulma tarixi: 28.12.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Planlaşdırma üzrə Menecer

Vəzifə öhdəlikləri

• Şirkətdə müvafiq departament və bölmələrdən istehsalat və satış ilə bağlı proqnoz, anbar və inventar qalıq məlumatlarının toplanması və analiz edilməsi və istehsalat mühəndisləri ilə mütamadi olaraq günlük, aylıq istehsalat  planlarının tutulması
• İnventarizasiyanın dəqiqliyini artırmaq üçün inventarizasiya səviyyəsinə/hərəkətinə nəzarət və analiz edilməsi, anbarda olan xammal ehtiyatlarının istehsal planlamasına uyğun olaraq kontrol edilməsi, anbar baza sisteminin yaradılması və bütün stokun (inventar) idarəedilməsi
• İzafı inventarı azaltmaq və xidmət səviyyəsini artırmaq məqsədilə proqnozların analiz edilməsi, qabaqcadan yarana biləcək istehsalat risklərinin qarşısının alınması ilə bağlı müvafiq hesabatlar hazırlamaq;
• İstehsalat bölmələrinin istehsal gücünə və  eyni zamanda aylıq satış proqnozlarına uyğun olaraq növbəti aylaq üçün istehsalat planını tutmaq, xammal sifariş planın hazırlamaq
• İstehsal olunan məhsulun müştəri və ya təchizatçılara prosedur və qaydalara uyğun şəkildə çatdırılması üçün mütamadi olaraq danışıqların aparılması və daşınma və  çatdırılma qaydalarının icra müddətinin müəyyən edilməsi, müştəri balansına uyğun olaraq sifarişlərin planlaşdırılması və həyata keçirilməsi;
• Xammal cədvəlinin yenilənməsi və nəzarət edilməsi, cədvəl üzrə gecikmələrin qarşısını almaq üçün işlərin tələb edildiyi qədər sürətləndirilməsi, xammal planı və proqnozlardan geri qalmalar haqqında xəbərdarlığın edilməsi;
• Məhdudiyyətləri öyrənmək və maksimal əməliyyat həcmlərini (capacity) hesablamaq məqsədilə təchizat və istehsalat məlumatlarının analiz edilməsi;
• İstehsal zonası üzrə iş cədvəlinin hazırlanması.

Tələblər

• İstehsalat mühəndisliyi, marketinq-biznes sahəsində və ya əlaqəli sahə üzrə minimum bakalavr dərəcəsi ;
• İstehsalat və ya əlaqəli əməliyyatlar üzrə sahələrdə ən azı 3-5 il iş təcrübəsi; 
• "Lean Six Sigma" sertifikasiya-təlimi keçməsi əlavə üstünlükdür,  SAP (Systems, Applications & Products in Data Processing) PM və DMS modullarının idarə edilməsi
• İstehsalat və əlaqəli əməliyyatlar mühitində intizamı planlaşdırmaq qabiliyyəti;
• Əla yazılı və şifahi ünsiyyət bacarıqları; komanda ilə işləmə bacarığı, qərar qəbuletmə qabiliyyət,
• Azərbaycan dilində sərbəst, İngilis və Rus dillərində (ümümi və texniki sahədə) yaxşı bilik
• MS Excel (Data Analysis, Graphics, Pivot tables); MS Word, PowerPoint və Outlook proqramları üzrə biliyi.
• Hesabatların hazırlanması və təqdimatı, problemlərin təhlili və həlli ilə bağlı səriştəli olmaq

Əmək haqqı: 1200-1600 AZN

Əlaqə: +994123404658 (Amil Məmmədov)

Müraciətçilər öz CV-ni  [email protected] mail adrsinə  Subject/Mövzu hissəsində Planlaşdırma üzrə menecer vəzifəsini qeyd etməklə göndərə bilərsiniz.