İşin təsviri
İş barədə məlumat:
- Qruplar və fərdi dərslərlə işləmə bacarığı;
- İnnovativ, interaktiv və nəticəyönümlü tədris metodlarından istifadə;
- Müxtəlif yaş qrupları ilə fərdi və qrup dərsləri aparmaq qabiliyyəti;
- Komanda ilə işləmə və əməkdaşlıq bacarığı;
- Tədris proqramını yüksək effektivliklə həyata keçirmək;
- Tələbələrin davamiyyəti və aktiv iştirakını izləmək;
- Dərslərdə müxtəlif metodlar, audio–video materiallar və əlavə resurslardan istifadə;
Tələblər:
- Ali təhsil haqqında diplom
- Pozitiv, işini sevən və məsuliyyətli olmaq;
- Kimya və biologiya müəllimi kimi ixtisasını yüksək səviyyədə bilmək və bu fənləri ingilis dilində tədris etmək bacarığı;
- Yaş həddi: 21–35.
İş şərtləri:
- Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək;
- İş qrafiki: həftədə 6 gün, dərs cədvəlinə əsasən;
- Rəsmi əmək müqaviləsi (AR ƏM-nə uyğun);
- İş yeri: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 14 (Xətai metrosunun yaxınlığı),
Maraqlanan şəxslər CV-lərini “Kimya və Biologiya müəllimi (ingilis dilində)”, başlığı ilə Muraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.