Hesablaşmalar üzrə mühasib

İşin təsviri

Əsas vəzifə öhdəlikləri:

  • Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi
  • Aylıq, rüblük və illik vergi hesabatlarının və arayışların hazırlanması, bu hesabatların vəziyyətinin izlənilməsi, daxil olan kameral uyğunsuzluq məktublarının və sorğuların cavablandırılması, zəruri hallarda vergi orqanlarında təmsilçilik
  • Vergi ödəyicilərinin dövriyyələrinin izlənilməsi, xüsusilə ƏDV dövriyyəsinə nəzarət edilməsi;
  • Bank hesabları üzrə əməliyyatların aparılması
  • Vergilərin düzgün və vaxtında ödənilməsinə nəzarət edilməsi;
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması

Tələblər:

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat sahəsində)
  • Yaş həddi: 25 - 40 yaş
  • Mühasibatlıq sahəsində minimum 2-4 il iş təcrübəsi
  • Vergi Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər
  • Dəqiqlik, məsuliyyət və analitik düşüncə qabiliyyəti

İş şərtləri:

  • İş qrafiki: 5 günlük. 
  • Əmək haqqı: 1000 AZN. Müsahibə əsasında dəyişə bilər

Maraqlanan namizədlər mövzu yerində “Hesablaşmalar üzrə mühasib” yazmaqla öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.