«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah” Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ birləşərək “Atəşgah” Sığora Qrupunu yaratmışlar. Hazırda şirkətdə 500-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.
SQL DEVELOPER
Namizədə tələblər
• Cinsi: kişi və ya qadın
• Təhsil: Ali (informasiya texnologiyaları sahəsində)
• Microsoft SQL Server bilikləri yaxşı səviyyədə
• Proqram təminatının hazırlanması üzrə təcrübə
• Məlumat bazasının strukturu üzrə biliklər
• İT sahəsində sistem analitiki vəzifəsində iş təcrubəsi olanlara üstünlük verilir
• Dil bilikləri: Azərbaycan (əla), Rus (yaxşı)
• Modellərin, blok-sxemlərin qurulması üçün istifadə olunan xüsusi proqramlarda işləmək bacarığı
Şəxsi keyfiyyətlər
• Analitik düşünmə bacarığı
• Komandada işləmə bacarığı
Əsas vəzifə öhdəlikləri
• Məlumatın saxlanılma bazasının yaradılması və təhlükəsizliyinin idarə edilməsi
• Korporativ hesabat və analiz sistemlərinin Microsoft (SQL Server) platformasında yaradılması
• MS SQL sistem bazasının administrasiyası
• Saxlanılan prosedur və tələbnamələrin kodlarının yazılması və təkminləşdirilməsi
• Şirkətin daxili biznes proseslərinin avtomatlaşdırılması
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 - 18:00
• İş günü 5/2 (Şənbə və Bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Şirkət tərəfindən nahar
Qeyd olunan tələblərə uyğun olan namizədlər öz CV formalarını [email protected] ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir )