Daxili nəzarət üzrə İH sədrinin müşaviri

İşin təsviri

Vəzifənın adı: Daxili nəzarət üzrə İH sədrinin müşaviri

İş yeri: Bakı Fond Birjası QSC

İş rejimi: Tam ştat

İşin ümumi təsviri

Şirkət daxlində prosedurlaşmanın və onun icrasına nəzarətin təmin edilməsi. O cümlədən, bu istiqamətdə nizamlayıcı və qabaqlayıcı tədbirlərin görülməsi üzrə İH sədrinə təkliflərin verilməsli.
Sənəd dövriyyəsinin idarə olunmasına nəzarət, daxili auditin keçirilməsinin dəstəklənməsi, müvafiq dövrü hesabatların hazırlanması və təqdim edilməsi .

Əsas vəzifə öhdəlikləri

• Daxili biznes proseslərin identifikasiyası və optimallaşdırılması üzrə işlərin kordinasiya edilməsi və bu sahədə əməkdaşlara zərurui dəstəyin göstərilməsi
• Daxili biznes prosedurların və təlimatların hazırlanmasının təmin edilməsi
• Daxili prosedurlara əməl olunnmasının monitorinqinin keçirilməsi,  bu istiqamətdə zəruri araşdırmaların aparılması və nəticələrə dair dövrü hesabatların hazırlanması
• Nizamlayıcı və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, bu istiqamətdə təkliflərin verilməsi və onun nəticələrinin monitorinqi
• Nizamlayıcı və qabaqlayıcı tədbirlər, aparılan monitorinqlər, yeni biznes proseslərin tətbiqi və onun nəticələri və digər gördüyü işlər barədə məlumataların yazılarda saxlanılmasının təmin edilməsi
• Şirkəti daxili auditinin həyata keçirilməsinin dəstəklənməsi
• Sənədlərin idarə olunması işinin təşkili və idarə olunması
• Şirkət daxilində beynəlxalq standartlaşmanın təmin edilməsinin dəstəklənməsi (ISO9001, ISO27001)
• Müxtəlif əlaqəli qrup və komitələrdə üzv olaraq çıxış etmək

Tələb olununan Bilik, təcrübə və bacarıqlar

• Bakalavr və ya maqistr dərəcəsi, MBA-lərə üztünlük veriləcək
• Keyfiyyətə nəzarət, Keyfiyyətin İdarə olunması və ya Daxili Nəzarət fəaliyyəti üzrə ən azı 2 il iş təcrübəsi
• İşgüzar Azərbaycan və İngilis dillərini sərbəst bilmək
• MS ofis proqramlarında sərbəst iş bacarığı

• Beynəlxalq idarəetmə standartlarının (ISO9001 və ya buna ekvivalent) tətbiqi üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək
• ERP sistemləri ilə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək

E-mail: [email protected]

Bakı Fond Birjası QSC tərəfindən digər vakansiyalar