Mühasib

  • Sophiss MMC
  • Elanın qoyulma tarixi: 21.08.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mühasibat uçotunun aparılması və gündəlik əməliyyatların işlənməsi
  • Vergi, DSMF, Statistika və digər rəsmi hesabatların hazırlanması və təqdim edilməsi
  • Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqələri və digər ödənişlərin hesablanması
  • Bank və kassa əməliyyatlarının qeydiyyatı
  • Debitor və kreditor borclarına nəzarət
  • Rəhbərliyə maliyyə hesabatlarının təqdim olunması

Tələblər:

  • Ali təhsil (Mühasibatlıq, Maliyyə və ya İqtisadiyyat sahəsində)
  • Mühasibatlıq sahəsində minimum 2 il iş təcrübəsi
  • Vergi Məcəlləsi və əmək qanunvericiliyi üzrə biliklər
  • MS Office proqramlarını və 1C mühasibat proqramını sərbəst istifadə bacarığı
  • Dəqiqlik, məsuliyyət və analitik düşüncə qabiliyyəti

İş şərtləri:

  • İş qrafiki: Həftə içi 5 gün, 09:00 – 18:00
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək

Müraciət üçün:

CV-lərinizi mövzu hissəsində “Mühasib” qeyd etməklə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.