Baş mühəndis

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Layihələrinin hazırlanması; 
  • Təmir tikinti işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək və konstruksiya işləri üzrə hesabatların hazırlamak; Layihə üzrə iş həcmlərinin çıxarılması;
  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq və layihələndirmə üçün tapşırıqları tərtib etmək;
  • Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsinə köməklik göstərmək;
  • Layihə-smeta sənədləri hazırlanmasında iştirak etmək və sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
  • Layihə üzrə qeyd edilmiş iş həcmlərinin yoxlanılması və düzgünlüyü haqqında lazımı sənədlərin hazırlanması;
  • Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;
  • Layihələrin təqvim üzrə planlamasını yerinə yetirmək;
  • Cizgilərin hazırlanması;
  • Mülki və struktur mühəndislik layihələrinin planlaşdırılmasına və icrasına nəzarət etmək;
  • Memarlar, podratçılar və digər maraqlı tərəflərlə əməkdaşlıq etmək;
  • Struktur təhlili və hesablamaları yerinə yetirmək;
  • Mühəndislik planlarını, spesifikasiyaları və hesabatları hazırlamaq və nəzərdən keçirmək;
  • Layihə büdcələrini, cədvəllərini və resurslarını idarə etmək;
  • Sahədə yoxlamalar aparmaq və keyfiyyətə nəzarəti təmin etmək;
  • Texniki məsələləri həll etmək və mühəndislik həllərini təqdim etmək;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına ,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi

Tələblər:

  • Mühəndis ixtisası üzrə ali təhsil;
  • Minimum 5 il müvafiq sahədə iş təcrübəsi; 
  • Müvafiq qanunvericilik aktları və normalarını;
  • Dil: Azərbaycan, İngilis və Rus dilləri mütləqdir
  • Komputer bilikləri: Microsoft Office və AutoCAD (Lira, STAAD pro, Revit və s. bilənlərə üstünlük verilir) proqramları;
  • İşə məhsuliyyətli yanaşmaq;

İş haqqında məlumat:

  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş qrafiki - 5 gün
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini emailin mövzu hissəsinə mütləq “Baş mühəndis” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Modern Construction Group tərəfindən digər vakansiyalar