KNM Meneceri (Keyfiyyət-Nəzarət və Məhsul İstehsalına Nəzarət Meneceri)

  • “PJA” MMC
  • Elanın qoyulma tarixi: 04.08.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş şəraiti

  • İş yeri: “PJA” MMC –  Hökməli qəsəbəsi
  • Əmək haqqı: 1200-1500 Azn

Əsas vəzifə öhdəlikləri:

  • Ət məhsullarının doğranması, marinadlanması və yarımfabrikat məhsul kimi hazırlanma prosesinə nəzarət
  • İstehsalat prosesinin texnoloji normalara və sanitar qaydalara uyğun təşkil edilməsi
  • Dondurulmuş məhsulların düzgün qablaşdırılması, saxlanması və qeydiyyatının aparılması
  • İstehsal sahəsində avadanlıqların saz vəziyyətdə saxlanması və qrafik üzrə təmirinə nəzarət
  • Xammalın (hazır kəsilmiş ətin) keyfiyyətinə və istifadəsinə nəzarət
  • Məhsulun buraxılışı və keyfiyyət göstəriciləri üzrə mütəmadi hesabatların hazırlanması
  • Dezinfeksiya və gigiyenik tədbirlərin təşkili və gündəlik monitorinqi
  • Donduruculu yük maşınlarının texniki vəziyyətinə, sığortasına və soyuqluq rejiminə nəzarət
  • Sənədləşmə və aidiyyəti dövlət qurumları ilə koordinasiyanın təmin olunması

Namizəddən gözləntilər:

  • Ət məhsullarının istehsalı və konservasiyası sahəsində bilik və təcrübə
  • Sanitar-gigiyena, texniki təhlükəsizlik və ərzaq təhlükəsizliyi normalarını dərindən bilmə
  • Minimum 3 il ərzaq istehsalı və ya ət emalı sahəsində rəhbər vəzifədə iş təcrübəsi
  • Komandada işləmək və işçi heyətini idarəetmə bacarığı
  • Dəqiqlik, məsuliyyət və operativ qərarvermə qabiliyyəti
  • Ali və ya texniki təhsil (ərzaq mühəndisliyi və ya qida texnologiyası ixtisası üstünlükdür)

Müraciət qaydası:

Zəhmət olmasa  CV-nizi və qısa motivasiya məktubunuzu  Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına "KNM Meneceri" başlığı ilə göndərin.