Hüquqşünas

İşin təsviri

İşçinin əmək funksiyaları:

  • Müqavilələrin və digər hüquqi sənədlərin hazırlanması, hüquqi ekspertizası və müzakirəsi;
  • Müqavilələr və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluqların aşkar edilməsi və onların aradan qaldırılması üçün yeni yanaşmaların formalaşdırılması;
  • Cəmiyyətin digər struktur bölmələrinin aidiyyəti fəaliyyət istiqamətləri üzrə hüquqi tövsiyə vermək;
  • Cəmiyyətin təsis və qeydiyyat sənədlərinə dəyişikliyin edilməsi ilə əlaqədar müvafiq sənəd layihələrini hazırlamaq, qeydiyyat orqanına təqdim etmək və təhvil almaq;
  • Şirkət müqavilələrinin, əmrlərin, sərəncamların tərtib edilməsi, iddia və tələblər üzrə işlərin təşkili;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların tam və vaxtında icrasının təmin edilməsi.

İş barədə məlumat:

  •  İş qrafiki həftə içi 5 (beş) gün; 
  • Əmək haqqı müsahibə əsnasında namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq

Hüquq üzrə müvafiq bakalavr dərəcəsi;

  • Dil biliyi: Rus dili (sərbəst) (Rus dili biliyi mütləqdir)
  • Hüquqi təhlil və araşdırma aparma bacarığı;
  • Yüksək kommunikasiya bacarığı (şifahi və yazılı);
  • Komandada işləmə bacarığı;
  • Müvafiq sahədə İş təcrübəsi 1 il.

Tələblərə uyğun gələn namizədlər öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.