İşin təsviri
Əsas vəzifələr:
- Mobil tətbiqlərin funksionallığını artırmaq və yeni modulların hazırlanması;
- Flutter ilə mobil tətbiqin hazırlanması və UI/UX standartlarına uyğunlaşdırılması;
- Backend (Laravel) komandası ilə sıx əməkdaşlıq;
- Texniki tapşırıqların analiz edilməsi və vaxt qiymətləndirilməsi;
- Git vasitəsilə komanda ilə effektiv əməkdaşlıq.
Namizədə dair tələblər:
- Səlis Azərbaycan dili biliyi (rus və ya ingilis dili üstünlükdür);
- Ali və ya orta texniki təhsil;
- Flutter və Dart proqramlaşdırma dili üzrə real layihə təcrübəsi;
- Mobil tətbiqlərdə REST API ilə işləmə bacarığı;
- PHP və Laravel üzrə biliklər və ya iş təcrübəsi mütləqdir;
- Git, Postman, Firebase ilə işləmə bacarığı;
- UI komponentlərinin adaptiv hazırlanması;
- Texniki sənədlərlə işləmək və texniki tapşırıqları oxuyub tətbiq etmək bacarığı;
- App Store və Play Market yerləşdirmə təcrübəsi (Mütləqdir).
Üstünlüklər:
- Laravel framework-də backend funksionallıqları ilə işləmə bacarığı;
- CI/CD inteqrasiyası və testləşdirmə bacarığı;
- Google Maps, Push Notification, Camera, File Upload kimi modullarla işləmə təcrübəsi;
- Komanda ilə işləmək və başqasının yazdığı kodu oxuyub-anlama;
Təklif etdiyimiz imkanlar:
- Tamamilə sabit və uzunmüddətli əməkdaşlıq;
- Dinamik və güclü texniki komanda;
- Müasir texnologiyalarla işləmək imkanı;
- Mobil və backend komandası ilə birgə real layihələrdə iştirak;
- Davamlı öyrənmə və peşəkar inkişaf fürsətləri.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
- 5 günlük iş qrafiki (09:00 – 18:00); Nahar fasiləsi (13:00–14:00);
- Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Qeyd olunan tələblərə cavab verən şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan ünvanına mövzu hissəsində “Flutter Developer” yazmaqla və ya 077-220-67-67 WhatsApp nömrəsinə göndərə bilərlər.