Vəzifə: Keyfiyyətə Zəmanət və Keyfiyyətə Nəzarət üzrə İnspektor
Vəzifə və öhdəlikləri:
Bütün əlaqəli işlər üzrə qeydlərin aparılması. Keyfiyyətə nəzarət prosedurlarının yenilənməsi;
Zavodun tikintisi zamanı görülən işlərin keyfiyyətinə nəzarət;
Keyfiyyət göstəriciləri və üsulları ilə bağlı rəhbərlərlə məsləhətləşmələr aparmaq;
Keyfiyyət üzrə müvafiq sənədlərin sxemi, məzmunu və təşkili ilə bağlı rəhbərliklə birlikdə qərar qəbul etmək;
Keyfiyyət Auditlərinin həyata keçirilməsi;
Podratçılarla əlaqənin saxlanması, keyfiyyət və sənədləşmə baxımından onların işinə nəzarət;
Fərdi fəaliyyət planı tərtib etmək;
Keyfiyyət standartları üzrə işçilərin təlimini və istiqamətləndirilməsini təmin etmək;
Müvafiq xidmət və texniki fəaliyyətlərin keyfiyyət standartları ilə uyğunluğuna nəzarət etmək;
Xidmət və ya istehsal ilə bağlı statistik məlumatlar toplamaq, təhlil etmək və hesabat hazırlamaq;
İstehsal və tikinti ilə bağlı məsrəf-nəticələrin səmərəli yoxlamasını həyata keçirmək;
Qeyri-dağıdıcı (qeyri-destruktiv) təftişlər üçün nümunə hissələr götürmək, yoxlama həyata keçirmək və nəticələr barədə hesabat vermək;
Keyfiyyətə nəzarət sisteminin müəyyən edilməsi məqsədilə seçilmiş məhsul və ya xidmətləri qiymətləndirmək;
Texniki təhlükəsizlik və əməyin mühafizəsi standartlarına uyğun olaraq məhsul və ya xidmətlərin keyfiyyəti ilə bağlı məsələlərdə şirkətin dizaynerlərinə (memar və mühəndislər) yardım etmək;
Prosedurlar KZ və KN Mütəxəssislər tərəfindən tətbiq edilir lakin bu prosesin yoxlanması və nəzarəti KZ və KN Menecer tərəfindən həyata keçirilir.
Tələblər:
• Ali təhsil
• Müvafiq sahədə 3-5 il iş təcrübəsi
• Microsoft Office - Əla səviyyədə və digər Outlook proqramları
• Stress şəraitdə işləmək qabiliyyəti
• Azərbaycan və İngilis dilləri-əla səviyyədə
Qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerinə “KZ və KN İnspektor” yazaraq öz CV-lərini 15.12.2014 tarixinədək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.