Şəxsi sürücü

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Rəhbər şəxs və ailə üzvlərinin gündəlik daşınmasının təşkili
  • Hava limanı qarşılamaları, şəxsi və işgüzar səfərlərin icrası
  • Avtomobilin daim texniki və vizual baxımdan saz saxlanılması
  • Məxfilik və etika qaydalarına ciddi riayət
  • Alış-veriş və sənəd çatdırılması kimi tapşırıqların icrası

Namizəddən gözləntilər:

  • Minimum 3 il şəxsi və/və ya korporativ sürücülük təcrübəsi
  • B kateqoriyası üzrə sürücülük vəsiqəsi
  • Bakı və ətraf əraziləri yaxşı tanımaq
  • Məsuliyyətli, etibarlı, nəzakətli və ailəyə qarşı sadiq olmaq
  • Qeyri-standart saatlarda işləməyə hazırlıq
  • Səliqəli zahiri görünüş və yüksək davranış mədəniyyəti
  • Qəzaya yol verməmək; tövsiyə məktubu və ya arayış üstünlükdür
  • Xarici dil biliyi (ingilis dili) arzuolunandır

Təklif olunur:

  • 1000–1200 AZN əmək haqqı
  • Uzunmüddətli və stabil əməkdaşlıq
  • Ailə ehtiyaclarına uyğunlaşdırılmış elastik iş rejimi
  • Şirkət və ya şəxsi avtomobillə əməkdaşlıq — razılaşma əsasında
  • Hörmətə əsaslanan, sabit və etibarlı iş mühiti

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Carlton Travel Assistance tərəfindən digər vakansiyalar