İnşaat üzrə Mühəndis

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 11.11.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavodudur. “AAC” MMC məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur.  Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Şirkət Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. "AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

İNŞAAT ÜZRƏ MÜHƏNDİS 

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Layihələrin hazırlanması və qanunverilicikdə nəzərdə tutulmuş qurumlarda razılaşdırılması;
• Layihə İnstitutlarının istehsal olunan məhsul haqqında məlumatlandırılması və onun layihələrə daxil edilməsi;
• Materialların istilik keçirmə qabiliyyəti və digər əmsalların hesablanması;
• Smetaların tərtib edilməsi, o cümlədən müştəri tərəfindən təqdim edilən layihələr üzrə istehsal olunan məhsul və yapışdırıcı həcminin hesablanması;
• Müştəri tərəfindən təqdim edilən layihələr üzrə məsaməli hörgü blokları, kərpic və mişar daşından iş həcmi hesablanması və müqayisəli təhlilinin aparılması;
• Yeni müştərilərin əldə edilməsində satış və marketinq şöbələrinə texniki dəstək verilməsi;
• Müştəri üçün “Method Statement” hazırlanması;
• Texniki şərtləri hazırlanması və qanunverilicikdə nəzərdə tutulmuş qurumlarda razılaşdırılması;
• Yeni materialların və bərkidilmə sistemlərin quraşdırılması üçün texniki şərtlərin hazırlanması;
• Yeni materialların və bərkidilmə sistemlərin test nəticələrinin hazırlanması;
• Satış nümayəndələrinin müştəri ilə görüşlərində iştirak edilməsi və bütün texniki suallara cavab verilməsi;
• Tikintidə istifadə olunacaq tikinti materiallarının və görüləcək işlərin keyfiyyətinə nəzarət edilməsi;
• İstehsal olunan məhsulun istifadəsində yaranan texniki problemlərin həll edilməsi;
• Korporativ müştərilərlə istehsal olunan məhsulun istifadəsilə bağlı təlimatın keçirilməsi;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Tələblər: 

Ali təhsili;
Kompüterlə işləmək bacarığı (Word, Excel, Power Point, AutoCAD, Outlook);
Azərbaycan, rus, ingilis dillərini bilmək;
İnşaat mühəndisliyi üzrə azı 5 il stajı.
Kommunikabellik;
Məsuliyyətlilik;
Diqqətlilik;
Geniş dünyagörüşü;
Əlaqələndirmə bacarığı.

İş yeri Ə. Rəcəbli ¼ ünvanında "Gobustone Plaza"da yerləşir.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.