İşin təsviri
Vəzifə öhdəlikləri:
- Vergi, Sosial Müdafiə, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin edilməsi;
- Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
- Qanunvericilikdə baş verən müvafiq dəyişikliklərin müntəzəm izlənilməsi və Cəmiyyətin bu proseslərə müvafiq qaydada uyğunlaşmasının həyata keçirilməsi;
- Vergi planlaması və vergi risklərinin azaldılmasına dair işlərin aparmılması;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət edilməsi və uçotun Cəmiyyətin vergi siyasətinə uyğunluğunun təmin edilməsi;
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsinin təmin edilməsi;
- Vergi və digər Dövlət qurumları ilə yazışmaların və müzakirələrin aparılması;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatlarının, mühasibat sənədlərinin hazırlanması və saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
- Cəmiyyətinin xüsusi mühasibatlıq hesabatlarının hazırlanmasını düzgün formada və tələb olunan vaxt çərçivələrində təmin etmək;
- Günlük, həftəlik və rüblük kassa əməliyyatları barədə hesabatlar təqdim etmək;
- Bank və kassa əməliyyatlarının düzgün aparılması;
- Bank, Kassa sənədlərinin müvafiq proqrama daxil edilməsi;
- Qalıqların yoxlanilmasını və nəzarətdə saxlanilması;
- Mühasibat sənədlərinin saxlanılması, qorunması;
- Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən kassa qalığının çıxarılması və rəhbərliyə təqdim edilməsi ;
- Tələb olunan daxili hesabatların hazırlanması və təqdim olunması;
- Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək.
Tələblər:
- Ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Kompüter bilikləri: 1C, MS Office;
- Azərbaycan dilində həm şifahi, həm də yazılı şəkildə mükəmməl danışıq (digər dil bilikləri arzuolunandır); Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Səlis və aydın nitq qabiliyyəti.
İş rejimi:
- İş günləri – həftənin 6 günü
- İstirahət günü - Bazar
- Əmək haqqı - Müsahibə zamanı təcrübə və bacarıqlarına görə müəyyən ediləcək
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Mühasib” qeyd edərək Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.