İstehsalatin Planlaşdirilmasi üzrə Mütəxəssis

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 26.10.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış Müasir tikinti materialları zavodudur. “AAC” MMC məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur. Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Şirkət Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşir. 170 nəfərə yaxın işçi heyəti olan şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.
“AAC” müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

İSTEHSALATIN PLANLAŞDIRILMASI ÜZRƏ MÜTƏXƏSSİS 

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Satış tələbindən asılı olaraq istehsalat prosesinin proqnozlaşdırılması və planlaşdırılması;
• İstehsalat prosesinin həyata keçirilməsi üçün zəruri olan xammal, mal və materialların maksimum və minimum həcminin hesablanması;
• Anbar qalıqlarının vəziyyətinin və hərəkətlərinin mütəmadi (gündəlik) təqib edilməsi və lazımı tədbirlərin görülməsi;
• Anbarda minimum səviyyədən aşağı olan xammal, mal və materiallar haqqında sifariş siyahının hazırlanması;
• İstehsalat prosesinin həyata keçirilməsi üçün zəruri olan xammal, mal və materialların, avadanlıqların sifarişinin həyata keçirilməsi;
• İstehsalata departamentinə gündəlik qəbul olunan xammal, mal-materiallar və müxtəlif ləvazimatların yoxlanılması və  1C proqramına vurulması;
• Hər növbənin sonunda gündəlik istehsalat həcminin, istifadə olunan xammal, mal-materiallar və müxtəlif ləvazimatların sərfiyyatının yoxlanılması və 1C proqramına vurulması;
• Gündəlik, həftəlik, aylıq, illlik hesabatların hazırlanması;
• İstehsalat departamentində kargüzarlıq işinin aparılması, onun səmərəli işləməsinə şərait yaradılması;
• Müəssisədaxili intizam qaydalarına, prosedura və təlimatlara, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Tələblər:

Ali təhsil;

Planlaşdırma sahəsində azı 3 il stajı;
Analitik düşünmə qabiliyyəti;
Hesabatlar hazırlama bacarığı;
Proqnozlaşdırma bacarığı;
Məsuliyyətlilik;
Diqqətlilik;
Kommunikabellik;
Geniş dünyagörüşü;
Əlaqələndirmə bacarığı;
Kompüterlə işləmək bacarığı (Word, Excel, Outlook, 1C proqramı);
Azərbaycan, rus, ingilis dillərini bilmək.

İş yeri Bakı-Salyan şosesinin 47-ci km-də yerləşir.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.