Anbardar-Mühasib

İşin təsviri

Ümumi müddəalar: 

  • Anbardar-mühasib tikinti materiallarının və avadanlıqlarının düzgün uçotunu aparır, şirkətin anbarına daxil olan və çıxan bütün maddi ehtiyatları izləyir.
  • Anbarın səmərəli işləməsi və mal-materialların düzgün tərtibi üçün tələb olunan sənədləri tərtib edir və müvafiq mühasibatlıq sistemlərinə daxil edir.
  • Öz fəaliyyətində Azərbaycan Respublikasının tikinti və mühasibatlıq qanunvericiliyini, ISO standartlarını və şirkətin daxili prosedurlarını rəhbər tutur.

Vəzifələri:

  • Tikinti materiallarının, avadanlıqlarının və digər ehtiyatların qəbulu, yerləşdirilməsi, saxlanması və uçotunun aparılması.
  • Tikinti layihələrində istifadə olunan materialların gündəlik giriş-çıxış sənədlərinin hazırlanması və mühasibatlıq sisteminə daxil edilməsi.
  • 1C, Logo və digər mühasibat proqramlarında anbar əməliyyatlarının uçotunu aparmaq.
  • Tikinti materiallarının qalıqları və hərəkətinin aylıq, rüblük və illik hesabatlarını hazırlamaq və təqdim etmək.
  • Tikinti sahəsində işlərin düzgün aparılması üçün tələb olunan inventarizasiya prosesində iştirak etmək və nəticələri uçota almaq.
  • Qaimə-faktura, sifariş və təhvil-təslim aktlarının düzgünlüyünü yoxlamaq və mühasibatlıqla uyğunlaşdırmaq.
  • Təchizatla bağlı sənədləri yoxlamaq, sistemə daxil etmək və arxivləmək.
  •  Anbardakı materialların təhlükəsizliyini təmin etmək və iş sahəsində səliqə-sahman qaydalarına riayət etmək.

Hüquqları:

  • İşin daha səmərəli təşkili üçün rəhbərliyə təkliflər vermək.
  • Səlahiyyəti daxilində müvafiq sənədlərə çıxış əldə etmək.
  • Anbarla bağlı məsələlərdə müvafiq struktur bölmələrə müraciət etmək.
  • Təhlükəli və ya uyğunsuz hallarla bağlı əməliyyat departamentinin rəhbərini məlumatlandırmaq.

Məsuliyyəti:

  • Tikinti materiallarının və avadanlıqlarının düzgün uçota alınmamasına görə.
  • Sənədlərin düzgün tərtib olunmaması və ya vaxtında təqdim edilməməsi ilə bağlı məsuliyyət daşıyır.
  • Şirkətə maddi və ya sənəd əsasında zərər vurulmasına görə məsuliyyət daşıyır.
  • Anbar qaydalarının və təhlükəsizlik prosedurlarının pozulmasına görə məsuliyyət daşıyır.

İş üçün tələblər:

  • Ali təhsil (maliyyə, mühasibatlıq, logistika və ya müvafiq sahə üzrə).
  • Anbar və ya mühasibatlıq sahəsində minimum 1 il iş təcrübəsi (preferensial olaraq tikinti sahəsində təcrübə).
  • bəy namizədlərə üstünlük verilir
  • 1C, Logo və ya digər anbar və mühasibatlıq proqramlarında işləmək bacarığı.
  • Dəqiqlik, məsuliyyətlilik və sənədlərlə sistemli işləmək bacarığı.

İş şəraiti

  • İş rejimi: 6 günlük iş həftəsi.
  • Nahar fasiləsi: 13:00–14:00.
  • Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək.

 Maraqlanan şəxslər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

IMA Energy tərəfindən digər vakansiyalar