İşin təsviri
Əsas tələblər:
- Təhsil dərəcəsi: Bakalavr;
- Komputer bilikləri: MS Office – Yaxşı, ERP sistemlər;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili (yaxşı),İngilis dili (yaxşı);
- Təcrübə: Müvafiq sahəsi üzrə ən azı 1 il iş təcrübəsi (Otelçilik təcrübəsi üstünlükdür);
- Ünsiyyət qurma bacarığı;
- Qonaq qarşılama standartları üzrə biliklər;
- Vaxtın idarəolunması;
İş barədə:
- Qəbul masasında ziyarətçilərin lazımi qaydada qarşılanması, istiqamətləndirilməsi və onlara məlumat verilərək qəbul edilməsi;
- Daxil olan bütün telefon zənglərinin müvafiq qaydada qəbul edilməsi, yönləndirilməsi və tələb olunduqda qeydlərin aparılması;
- Xarici Görünüş Standartlarına riayət etməklə yüksək fərdi qulluq və gigiyena standartlarına müvafiq geyinmək;
- Qonaqların düzgün qeydiyyatının aparırılması;
- Ödənişlərin vaxtında və düzgün şəkildə yerinə yetirirlməsi;
- Qonaqların oteli razı şəkildə tərk etmələrinə nəzarət etmək və müvafiq qeydlər aparmaq;
İş vaxtının norması:
- 5 günlük iş həftəsi/Növbəli.
- İstirahət günü: 2 (iki) gün.
- Nahar şirkət tərəfindən təmin edilir;
İş yeri:
- Bakı şəhəri, Yasamal rayonu.M.Müşfiq 1C.
Müraciət forması:
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Qeydiyyatçı / Receptionist (FO)” yazmaqla Müraciət Et düyməsində qeyd olunan mail ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.