Sahə Mühəndisi

İşin təsviri

Vəzifə:  Sahə Mühəndisi 

Vəzifə və öhdəlikləri:

1. Layihə Menecerinə tabedir.
2. İşlərin 4 həftəlik  gələcək  proqramının işlənməsi;
3. Layihələr üzrə işin  proqnozlaşdırılması, proqnoza nəzarət və düzəlişlərin edilməsi;
4. Tikinti istismar işinin proqramlarının işlənməsində LM-nə köməklik;
5. Tikinti cizgiləri və texniki spesifikasayaların işlənməsində LM-nə köməklik;
6. Tender və təkliflərin açılma prosesləri daxil olmaqla, podratçıların seçimində LM-nə köməklik;
7. Layihələr üzrə lazımi sənədləşməni aparır;
8. Büdcəyə uyğun olaraq layihə üzrə pul vəsaiti məsrəfinin idarə olunmasında iştirak edir;
9. Layihənin icrası zamanı ətraf mühitin qorunması, əməyin mühafizəsi qaydalarına   riayət olunmasına nəzarət edir;
10. Layihə üzrə görülən işlərin keyfiyyətinə nəzarət edir;
11. Düzgün formada təşkil olunmuş icra cizgilər  və  başqa sənədlərin sifarişçiyə  təqdim  edilməsi.
12. Tikinti prosesində meydana çıxan məsələlərin vaxtında həll olunmasında iştirak edir.
13. Planda göstərilən müddətdə obyektlərin istismara verilməsinin təminində iştirak edir.
14. Layihələndirmə üçün layihə təşkilatlarından alınan ilkin göstərişlərin dolğunluğunu və keyfiyyətini təmin etməklə, layihə-smeta sənədlərinin işlənməsi üçün ilkin göstəriciləri verir.
15. Müvafiq layihə-axtarış, konstruktor və lazım olan hallarda elmi-tədqiqat işlərinin yerinə yetirilməsi üçün müqavilələr bağlayır.
16. Layihə təşkilatları ilə razılaşdırılmış layihə-smeta sənədlərinin işlənməsi və təhvil verilməsi qrafikinin yerinə yetirilməsinə nəzarəti həyata keçirir, Layihə-smeta sənədlərinin razılaşdırılmasında və təsdiqində, həmçinin ekspertizanın və podratçı təşkilatların iradlarının əsasında, dəyişikliklərin ona əlavə edilməsinin, qəbul olunmuş qaydada təşkilində iştirak edir.
17. Əsaslı tikinti üzrə podrat müqavilənin, qəbul edilmiş müddətdə, tərtib olunmasında layihə təşkilatlarının iştirakı ilə podratçı təşkilatla mövcud normativ sənədlərə müvafiq tikinti obyektləri üçün müqavilə qiymətlərinin müəyyən edilməsini və razılaşdırılmasını həyata keçirir.
18. Avadanlıqlara və materiallara, qəbul edilmiş qaydada, sifarişlərin vaxtında təqdim olunmasını, alınmasını və buraxılış komplekslərində, obyektlərdə onların bölünməsini material və avadanlıqların hazırlanmasına və tədarükünə müqavilələrin bağlanmasını və onların realizasiyasına nəzarəti həyata keçirir.
19. Tikinti üçün torpaq sahələrinin məsələlərinə dair qəbul edilmiş qaydada vəsadət qaldırır, lazım olduqda isə onların mövcud tikililərdən azad olunması haqqında konkret tədbirlər hazırlayır.
20. Başa çatmış obyektlərin lazımi sənədlərinin hazırlanıb, komissiyaya təqdim olunmasında iştirak edir, həmçinin komissiyanın işində iştirak edir, Komissiyanın işinin başa çatmasından sonra obyektin istismarçı təşkilata təhvil verlməsinə başçılıq edir.

Tələblər:

• Daxili interyer işlərində (Fit Out-suvaq, alçıpan) təcrübə
• Ali təhsil (Texniki təhsili olanlara üstünlük verilir)
• Müvafiq sahədə 5 il iş təcrübəsi
• Autocad-Əla səviyyədə
• Microsoft Office, və digər Outlook proqramları
• Stress şəraitdə işləmək qabiliyyəti
• Azərbaycan-əla, İngilis dili-əla səviyyədə
• İdarəetmə bacarığı

Qeyd olunan tələblərə uyğun namizədlərdən 31.10.2014-cü il tarixinədək, mövzu yerinə “Sahə Mühəndisi” yazaraq öz CV-lərini [email protected]  elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. 

İşəgötürənin reytinqi